3 saylı uşaq bağçasında

3 saylı uşaq bağçasındaÜmummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda şəhər 3 saylı körpələr-evi uşaq bağçasında tədbir keçirildi. Tədbiri giriş sözü ilə körpələr evinin müdiri Elmira Aslanova acdı, o Ümummilli liderin körpələrə qayğısından həyat yolundan balacalara və gələn qonaqlara məlumat verdi.
3 saylı uşaq bağçasındaMənzər Həsənova məktəbə hazırlıq qrupunun tərbiyəçisi uşaqların tədbirin hazırlanmasında böyük əmək sərf etdiyi balacaların Azərbaycan, Heydər Əliyev haqqında söylədikləri şeirlərdən, göstərdikləri səhnəciklərdən, oxuduğu mahnılardan məlum olurdu. Musiqi müəlliməsi Lalə Kəbirova uşaqları fortepianoda müşaiyət etdi. Tədbir RTŞ-nin metodisti Sevinc Məmmədova və valideynlərin xoş təəssüratlarını bildirmələri ilə başa çatdı.
Bir gün sonra şəhər 3 saylı körpələr-evi uşaq bağçası “Gül bayramı”nda da fəal iştirak etdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz