“Azərbaycan mədəniyyəti” mövzu olub

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmri əsasında regionlarda, incəsənət və musiqi məktəblərinin şagirdləri arasında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan mədəniyyəti” mövzusunda bilik müsabiqəsi keçirilir.
Rayonumuzda müsabiqənin birinci mərhələsi mart ayının 3-də Uşaq İncəsənət məktəbində, məktəb şagirdlərinin iştirakı ilə keçirilib. Fərqlənən 5 şagird müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqənin ikinci mərhələsi respublikanın 8 rayonunun iştirakı ilə İsmayıllıda keçirilib. Müsabiqəyə ev sahibliyi edən İsmayıllı aprel ayının 12-də Göyçay, Qəbələ, Qobustan, Ağsu, Kürdəmir, Oğuz və Şamaxı rayonlarından gələn qonaqları qəbul edib.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla İş Şöbəsinin aparıcı məsləhətçisi Oqtay Muxtarov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin metodisti Rauf Rəhimov və başqa qonaqlar da iştirak ediblər.
Samir Zülfiyev

Şərh Yaz