Tatarlar İsmayıllıda

Tatarlar İsmayıllıdaAprel ayının 21-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyini təmsil edən nümayəndə heyəti İsmayıllıda olub. Nazir A.Sibaqatullin səfərdə məqsədin qeyri-maddi mədəni irsin öyrənilməsi sahəsində Azərbaycan və Tatarıstan arasında əməkdaşlığın inkişafı olduğunu bildirib. Bu sahədə İsmayıllı pilot rayon seçildiyindən “Qeyri-maddi mədəni irsin qorunmasında Azərbaycan modeli” adlı təcrübə mübadiləsi tədbirində Tatarıstan Respublikasının 14 şəhərində mədəniyyət şöbələrinin müdirləri təəssürat yaratdı.
Qonaqlar öncə Ümummilli liderin abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində olmaq, burada fəaliyyət göstərən dərnəklərin işi ilə tanışlıq qonaqlarda Mərkəzin işi və sözü gedən model barəsində kifayət qədər məlumat verib.
Qonaqların Lahıc qəsəbəsinə səfəri də əməkdaşlıq baxımından maraqlı olub. Tatar qonaqlar Lahıc Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıqdan, “Lahıc” folklor qrupunun çıxışından, yerli sənətkarlarla görüşlərindən və ümumilikdə səfərdən razı qaldıqlarını bildiriblər.

Şərh Yaz