Bizim Heydər babamız

Bizim Heydər babamız

Xalqı yığdı bir yerə,
Bizim Heydər babamız.
Öndərdi nəsillərə,
Bizim Heydər babamız.

Haqq şamını yandırdı,
Qəzəbləri söndürdü.
Susanları dindirdi,
Bizim Heydər babamız.

Həyatdan dərs alıbdı,
Neçə zəfər çalıbdı.
Ürəklərdə qalıbdı,
Bizim Heydər babamız.

Odur elin rəhbəri,
Elə bəlli hünəri.
Fəth edib könülləri,
Bizim Heydər babamız

Yaraya oldu məlhəm,
Unuduldu kədər, qəm.
Dahi, uca, möhtəşəm,
Bizim Heydər babamız.

Bir əvəzsiz xilaskar,
Yolunu aparan var.
Gülləri solmaz bahar,
Bizim Heydər babamız.

Qüdrətinə heyranıq,
Yeri gəlsə, qurbanıq.
Sənlə Azərbaycanıq,
Bizim Heydər babamız.

Hacıməmməd Məmmədov

Şərh Yaz