Yaddas kitabcasi

Alıcıların ürəyincə olan yarmarka

Alıcıların ürəyincə olan yarmarka
İşmayıllıda şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarka “Qala divarı” qarşısında açılmışdır. Mövsümə uyğun olaraq satışa əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Novruz bayramı ərəfəsində yarmarkaya gətirilən kənd təsərrüfatı məhsullarının çeşidinin artacağı gözlənilir.
Yarmarkada məhsulların qiymətləri bazarlardakından 25-30 faiz ucuzdur. Eyni zamanda burada satılan məhsulların qiymətinə və keyfiyyətinə mütəxəssislər tərəfindən ciddi nəzarət olunur.
Yarmarkada sərfəli qiymətə ət, kartof, soğan, kələm, naringi, alma, nar, arpa, buğda və digər məhsullar təklif olunur.
Alıcılar məhsulların nəinki təzə və keyfiyyətli, eyni zamanda bazar qiymətlərindən ucuz qiymətə olmasından razılıq edirlər. Satışa çıxarılmış məhsullar arasında ağartı, broyler məhsulları – toyuq və yumurtaya da tələbatın çox olduğu nəzərə çarpır.
”İsmayıllı xəbərləri”

Şərh Yaz