Yaddas kitabcasi

Şəhid ailələri, əlillər və veteranlarla görüş

Şəhid ailələri, əlillər və veteranlarla görüş
Fevral ayının 25-də “Gülüstan” şadlıq sarayında RİH başçısı Mirdaməd Sadıqovun rayonda yaşayan şəhid və əlil ailələri, Böyük Vətən və Qarabağ müharibəsi veteranları ilə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan RİH başçısı M.Sadıqov iştirakçıları salamladı. O, Xocalı soyqırımının 21-ci ildönümü qeyd olunduğu vaxtda müstəqilliyimiz və torpaqlarımızın qorunması yolunda canlarını qurban vermiş oğul və qızlarımızın xatirəsinin həmişə əziz saxlanacağını qeyd etdi. Keçirilən tədbirin də məhz bu məqsədə xidmət etdiyini vurğuladı.
Ölməz şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.
Şəhid ailələri, əlillər və veteranlarla görüşBaşçı Vətənə xidmətdə nümunə göstərmiş işsiz insanların işlə təmin olunması istiqamətində əsaslı iş aparılacağını söylədi, idarə və müəssisə rəhbərlərinə şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına və iştirakçılarına göstərilən xidmətin yüksək səviyyəyə qaldırılmasını tapşırdı.
Tədbirdə QMƏVŞA ictimai birliyinin sədri Vidadi Zərbiyev rəhbərlik etdiyi təşkilatın işindən, birlik üzvlərinə göstərilən diqqət və qayğıdan söz açdı, eləcə də mövcud problemləri sadaladı
Çıxış edənlərdən şəhid Vaqif Əlyarovun həyat yoldaşı Ədibə Əlyarova, Kəlbəcər rayonundan məcburi köçkün, təqaüddə olan müəllim İzzət Məmmədov, müharibə əlili Faiq Mustafayev göstərilən diqqətə görə razılıqla yanaşı, problem olaraq qalan məsələlərə diqqət çəkdilər.
Birinci qrup müharibə əlili baş leytenant Əlisahab Əzizovu dinləmək üçün başçı onun bərabərinə gəldi. Əlil fikirlərini söylədikdən sonra döyüşçüsü olduğu 5-ci Bərdə taboru haqqında yazılmış eyni adlı kitabı başçıya təqdim etdi. Ə.Əzizov başçıdan şəhid və əlil ailələrinə sahibkarlıqla məşğul olmaq üçün kreditlər verilməsinə köməklik göstərilməsini xahiş etdi.
Şəhid ailələri, əlillər və veteranlarla görüşDaha sonra başçı ayrı-ayrı stollara yaxınlaşaraq sualı, problemi olanlarla söhbət apardı. Səsləndirilən problemlərin yerindəcə həlli yolları araşdırıldı. Görüləcək işlər barədə əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verildi.
Məclisdə şəhidlərin ruhuna dualar oxundu, ehsan verildi.
Şəhid Ağahüseyn Aslanovun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbinin şagirdləri Qarabağ müharibəsində həlak olmuş, Xocalıda soyqırıma məruz qalanların xatirəsinə kompozisiya nümayiş etdirdilər, şeirlər söylədilər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz