Yaddas kitabcasi

İnkişaf strategiyası müəyyənləşməlidir

Fevral ayının 22-də İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov İsmayıllı bələdiyyəsinin üzvlərini qəbul etdi.
Qəbulun keçirilməsi bələdiyyə üzvləri ilə tanışlıq, özünüidarə qurumunun cari iş planı və gələcək işlər barədə məlumatlanmaq məqsədi daşıyırdı.
Bələdiyyə sədri Fəqan Məmmədov son vaxtlarda görülən işlərdən və mövcud problemlərdən danışdı. Başçı bələdiyyə üzvlərinin problemlərin həll ilə bağlı fikirlərini öyrəndi. Şəhərin təmiz saxlanmasının vacibliyi görüşün başlıca mövzusu oldu, bu məqsədlə qrant layihələrin hazırlanması məsələsinə toxunuldu.
Başçı M.Sadıqov bələdiyyənin gəlirləri mövzusuna toxundu, bu sahədə işlərin heç də qənaətbəxş olmamasını təəssüflə qeyd etdi. Maliyyə durumu zəif olan bələdiyyənin əsaslı işlər görə bilməməsi seçicilərin etimadını itirmək deməkdir. Bu vəziyyətdən çıxmaq üçün bələdiyyə büdcəsinə gəlir gətirə biləcək sahələrin araşdırılması məsələsi üzərində ətraflı söhbət oldu.
Görüşdə şəhərin təmiz və səliqəli olması, əhalinin mövcud infrastrukturdan rahatlıqla istifadə edə bilməsi məsələləri, şəhər küçələrindən birinin tam abadlaşdırılması, vətəndaşlara satılan həyətyanı torpaq sahələrinin üçün rüsumun aşağı salınması məsələləri də söhbət müstəvisində oldu.
Başçı bələdiyyə üzvlərinə bələdiyyənin inkişaf strategiyasını müəyyənləşdirmək üçün təkliflər paketi hazırlamaq tapşırığı verdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz