Yaşıdlarına örnək olan şagird

Yaşıdlarına örnək olan şagirdNoyabr ayının 22-də Diyallı kənd tam orta məktəbində X sinif şagirdi Günel Həsənlinin təhsildə və idmanda qazandığı uğurlarla bağlı tədbir keçirildi.
Əvvəlcə məktəblilər Dövlət himnini səsləndirdilər.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Şəmsiyyə Əhmədova Günelin məktəb işlərində ictimaiyyətçi kimi fəallığından, təhsildə fərqlənməsindən, xüsusilə də idmançı kimi nailiyyətlərindən danışdı. O, tədbirdə iştirak edən, Diyallı kəndinin yetirmələri olan, İsmayıllı Olimpiya-İdman Kompleksinin cüdo üzrə məşqçi müəllimləri Bəhmən Əkbərov və Əkbər Şəfaqətovun rayonumuzun, eləcə də respublikanın idman aləminə verdiyi töhfələrdən söz açdı.Yaşıdlarına örnək olan şagirdNoyabr ayının 22-də Diyallı kənd tam orta məktəbində X sinif şagirdi Günel Həsənlinin təhsildə və idmanda qazandığı uğurlarla bağlı tədbir keçirildi.
Əvvəlcə məktəblilər Dövlət himnini səsləndirdilər. Yaşıdlarına örnək olan şagird
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Şəmsiyyə Əhmədova Günelin məktəb işlərində ictimaiyyətçi kimi fəallığından, təhsildə fərqlənməsindən, xüsusilə də idmançı kimi nailiyyətlərindən danışdı. O, tədbirdə iştirak edən, Diyallı kəndinin yetirmələri olan, İsmayıllı Olimpiya-İdman Kompleksinin cüdo üzrə məşqçi müəllimləri Bəhmən Əkbərov və Əkbər Şəfaqətovun rayonumuzun, eləcə də respublikanın idman aləminə verdiyi töhfələrdən söz açdı.
Tədbir iştirakçıları – İsmayıllı RTŞ-nin əməkdaşları Hafiz Kərimov, Ramiz Baloğlanov, İlham Vahabov çıxışlarında Diyallı kənd tam orta məktəbinin son illərdə sevindirici uğurlarından danışdılar, Günelə və onun timsalında məktəbin şagirdlərinə uğurlar arzuladılar. RTŞ adından G.Həsənliyə Fəxri fərman, qiymətli hədiyyə verildi.
G.Həsənli 9-cu sinifdə oxuyanda tarix fənni üzrə Respublika olimpiadasında 4-cü yeri tutub. Diyallı kənd tam orta məktəbinin “Şahin” idman oyunları komandasının respublikada ikinci olmasında Günelin başlıca rolu vardır. O, davranışı və çalışqanlığı ilə yaşıdları üçün bir nümunədir.
Bu adi məktəblinin kimliyini diqqətə çatdırmaq üçün sadəcə, bir faktı qeyd etmək kifayət edər. Günelin idman sahəsində göstərdiyi nəticələri və potensialını görən xarici ölkə mütəxəssisləri onu öz komandalarının heyətində görmək fikrində olduqlarını açıqlamışlar.
Tədbirdə məktəblilər vətəni, vətənpərvərliyi, mübarizliyi tərənnüm edən şeirlər söylədilər.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Diyallı İƏD-i üzrə nümayəndəsi Rəfael Məmmədov, Diyallı bələdiyyəsinin sədri Yalçın Alıyev tədbirdə çıxış etdilər və təşkilatları adından Günelə Fəxri fərman və qiymətli hədiyyələr təqdim etdilər.
G.Həsənlinin məşqçiləri B.Əkbərov və Ə.Şəfaqətov İsmayıllıda idmanın cüdo növünə göstərilən qayğıya görə Respublika Cüdo Federasiyasının prezidenti cənab Füzuli Ələkbərova minnətdarlıqlarını bildirdilər.
Sonda kənd sakinləri adından məktəbin müəllimi Məzahir Topulov keçirilən tədbirə diqqət ayıranlara minnətdarlığını bildirdi.
Ş.Soltanov

Şərh Yaz