Kitabın təqdimatı keçirildi

Kitabın təqdimatı  keçirildiİsmayıllı şəhər 1 saylı tam orta məktəbin akt zalında gənc yazar Firuzə Çiçəyin (Firuzə Soltanmurad qızı Şıxməmmədova) “Xəyanət qoxusu” adlı kitabının təqdimatı olmuşdur. Zalda hamı yerini tutduqdan sonra tədbir başlandı. Şəhər 1 saylı orta məktəbin şagirdlərinin ifasında “Gecikmiş qisas” hekayəsini səhnələşdirilmiş halda tamaşaçılara təqdim etdilər. Onu da qeyd edək ki, şagirdlər bu işin öhdəsindən layiqincə gəldilər və tamaşaçıların alqışlarını qazandılar.
Kitabın təqdimatı  keçirildiTədbirdə iştirak edənlər əsər və müəllif haqqında fikirlərini bildirdilər. Firuzənin təhsil aldığı Mican kənd tam orta məktəbinin direktoru Etibar Abdulov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şair Şahməmməd Dağlaroğlu, şəhər 1 saylı tam orta məktəbinin direktoru, Əməkdar müəllim Şəfaqət Rəsulov, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Xalıq Xalıqov, həmyerlimiz – Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Mirzəağa Mahmudov, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti İsmayıllı rayon şöbəsinin Texniki İdman Klubunun sədri Məmmədxan Muradəliyev çıxış edərək kitab haqqında rəy və təkliflərini söylədilər, həmçinin müəllifə yeni-yeni yaradıcılıq uğurları arzuladılar. Müəllifə çiçək dəstələri təqdim edildi.
Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Təqdimat mərasimi şəhər 5 saylı tam orta məktəbinin şagirdi Nur Əliyevanın ifasında “Azərbaycan” mahnısının ifası ilə yekunlaşdı. İştirakçılardan bir qrupu gənc yazarla xatirə şəkli çəkdirdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz