“Xəmsə”nin qalibləri

Noyabr ayının 1-də İsmayıllı rayon Gənclər Mərkəzinin akt zalında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Oyunun keçirilməsində məqsəd biliyinə güvənən məktəbli gənclərin intellektual səviyyəsini aşkarlamaq olmuşdur.
Bu yarışda 10 komanda, ümumilikdə, 230 nəfər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi E. Nəcəfli açmış və çıxış etmişdir. O, yarış iştirakçılarını salamlamış və gəncləri ölkəmizin, rayonumuzun ictimai həyatında daha da fəal olmağa çağırmış, yarış iştirakçılarına uğurlar arzulamışdır.
Yarış 3 mərhələdə keçirilmiş, I və II mərhələdə yüksək xala malik olan komandalar final mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Gərgin və maraqlı mübarizədə 3 saylı tam orta məktəbin komandası I, Qurbanəfəndi kənd tam orta məktəbinin komandası II yeri tutmuşdur.
Şövqi Əhmədov,
Gİİ-nin əməkdaşı

Şərh Yaz