Musa Yaqub-75

Musa Yaqub-75Daim bu ruhda qal, şair
Bəşəriyyətin həmişə yaxşı sözə ehtiyacı olub və poeziya bu məsuliyyətli missiyanı həmişə öz üzərinə götürüb. Poeziya bütün dövrlərdə eyni amala – maariflənməyə, mədəni dəyərləri qazanmağa və qorumağa xidmət etmişdir. Dünya ədiblərinin fikirlərinə istinad etsək: “Əgər siz bəşərin maarif və mədəniyyətində, onun inqilabi cərəyanlarında, mənəvi aləmində tədqiqat aparmaq istəsəniz, bunun üçün ən yaxşı vasitələrdən biri onun şeirinə diqqət yetirməkdir”.
Yaxşı söz bütün dövrlərdə əxlaq sayılıb. Sözün kəsəri onun canlılığını sübut edib. Nümunəvi sözlər və deyimlərlə insan özünü ümumi ədəb yolunda nizamlayıb və bu həqiqətlə kamilliyə çatıb.Musa Yaqub-75Musa Yaqub-75Daim bu ruhda qal, şair
Bəşəriyyətin həmişə yaxşı sözə ehtiyacı olub və poeziya bu məsuliyyətli missiyanı həmişə öz üzərinə götürüb. Poeziya bütün dövrlərdə eyni amala – maariflənməyə, mədəni dəyərləri qazanmağa və qorumağa xidmət etmişdir. Dünya ədiblərinin fikirlərinə istinad etsək: “Əgər siz bəşərin maarif və mədəniyyətində, onun inqilabi cərəyanlarında, mənəvi aləmində tədqiqat aparmaq istəsəniz, bunun üçün ən yaxşı vasitələrdən biri onun şeirinə diqqət yetirməkdir”.
Yaxşı söz bütün dövrlərdə əxlaq sayılıb. Sözün kəsəri onun canlılığını sübut edib. Nümunəvi sözlər və deyimlərlə insan özünü ümumi ədəb yolunda nizamlayıb və bu həqiqətlə kamilliyə çatıb.
M.Yaqub dənizindən qopan dalğanın sıçrayan damlası da bu mövzudan çıxış edir. Oxuduqlarında insan özünü görür, özünü dərk edir, paklaşır. Pisliyə, bədxahlığa köklənmiş neqativ düşüncələr insanı tərk edir. Şairin hər bir misrası bəşəri sərvətə çevrilməklə insanın daxili aləmində əxlaqi özünütəmizləmə funksiyasını həyata keçirir.
Görkəmli yazıçı, böyük şəxsiyyət Mehdi Hüseynin dediyi kimi: “Yazıçılar insanları bədii obrazlarla – insan obrazı ilə tərbiyələndirirlər. Onlar təqlid edilmək üçün parlaq, canlı, təsirli nümunələr yaradaraq oxucuları öz arxalarınca aparırlar”.
Nəbatat alimi Musa Yaqubun poeziyasında bədii obrazlar təbiətdə mövcud olan varlıqlardan doğur. Yerində işlənmiş hər bir sözünün cövhəri emosional təsir edir, işlətdiyi hər kəlmə yaddaşa hopmaqla xoş ovqat bəxş edir. Şairin incilərə bələnmiş poeziyasında hər söz nizami ordunun mükəmməl silahlanmış mübariz əsgərini xatırladır. Onun şeriyyətində təbiət, insan və məhəbbət məfhumları monolit vəhdət təşkil edir.
Belinski yazırdı: “Bədiilik bundan ibarətdir ki, hər bir söz nəinki öz yerində işlənsin, habelə, sözün işlədilməsi zəruri olsun və mümkün qədər az işlənsin, yığcamlıq olmasa, bədiilik də olmaz”
Poeziyadan yoğrulmuş qəlbin, qeyri-adi duyumun sahibi M.Yaqubun daxili – poetik təkanı, enerji məzmununu orbitə çəkir.
…Bir Musa Yaqub dünyası yaşanır Buynuz kəndində. May ayının 12-də təbiət də şairə sədaqət göstərdi – günəşli, xoş bahar havası ilə duyğulu, kövrək və həm də olduqca dözümlü olan balasını 75 illik yubileyində təbrik etdi. Adi gözlə görülməsi mümkün olmayan saysız gözəlliyi özündə birləşdirmişdi ogünkü məclis. Bu gözəl missiyanın olduqca xoş olan əzab-əziyyətini həmin gün R.Ocaqov adına Buynuz kənd tam orta məktəbi öz çiyinlərində daşıyırdı. Məclisə kənddə dünyaya göz açmış, buradan pərvazlanıb Respublikada, müxtəlif ünvan və vəzifələrdə qərar tutmuş tanınmış ziyalılar, şairlər, rayonumuzun təhsil işçiləri, RİH aparatının məsul əməkdaşları dəvət almışdılar. Keçiriləcək tədbirdən xəbər tutan kənd sakinləri, M.Yaqub poeziyasının işığında saflaşmağa dəyər verən, söz-sənət qədri bilən neçə-neçə insan bu gözəl məclisi daha da gözəlləşdirirdi.
Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının söz sənətinə abidə bir şəxsiyyət, klassik fəlsəfi şeirimizin davamçısı, şeriyyatımızın ən nümunəvi söz sərraflarından olan M.Yaqub dünyasının dünəni, bugünü ilə görüşmək, misralarını, şeirlərini səsləndirmək, saf düşüncələrində isinmək, təmizlənmək, bəşəri, əxlaqi tapıntılarını dəyərləndirmək (Sağlığında qiymət verin insanlara. C.Novruz), şairə olan xalq məhəbbətini nümayiş etdirmək idi.
Buynuz kənd tam orta məktəbinin direktoru Müşfiq Yaralıyev ev sahibliyi edib qonaqları salamladı. M.Yaqub yaradıcılığına olan el məhəbbətindən, bu yaradıcılığın ürəklərə yol tapmasından, yaddaşlara yazılmasından söz açdı. Tədbirin düşünülmüş istiqamətə yönəldilməsi üçün aparıcılığı məktəbin müəllimi Elman Məmmədova həvalə etdi.
Məktəbin şagirdi Aydan Ağazadə səsləndirdiyi şeirlə məclisin ruhunu müəyyənləşdirdi. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətini təmsil edən Valeh Salehov yetişən nəslin formalaşmasında Musa Yaqub poeziyasının rolundan, ona olan xalq məhəbbətindən danışdı. Onu RİH başçısı Nizami Ələkbərovun adından təbrik etdi. Natiq özü də yazdıqca ucalan, ucaldıqca sadə insanlara daha da yaxınlaşan 75 yaşlı söz sərkərdəsinə 100 yaşı yazıb-yaratmaqla başa vurmağı arzuladı.
Məclisdəkilər Sahibə Abdullayevanın, Mustafa Mustafayevin ifasında dinlədikləri muğam və mahnıları hərarətlə alqışladılar.
Bu sətirlərin müəllifi, Buynuz kənd orta məktəbinin müəllimi Fuad Yaqubov şairin həyat və yaradıcılığı ilə bağlı dolğun məlumat verdi, ürək sözlərini söylədi. İkinci sinif şagirdi, şairin anasının adını daşıyan Rəbiyyə Yaqubova “Müəllim ömrü” şerini sürəkli alqışlara layiq, yüksək məharətlə səsləndirdi.
Musa Yaqub-75Musa Yaqub-75

Şairin həmyaşıdı, texnika elmləri doktoru, professor Həbib Ocaqov şairlə bağlı kövrək, ağrılı-acılı uşaqlıq xatirələrini danışdı, şeirlərinin bəşəriliyindən söz saldı, şairi təbrik etdi.
Aysu, Nuranə, Qönçə, Qədir, Jalə və Dağların şairin şeirlərindən söylədikləri nümunələr söz ustadının istedadını, şagirdlərin məharətini diqqətə çatdırdı.
Hüquq elmləri doktoru Simran Həsənov yubilyarın tanınmış şəxsiyyət, görkəmli şair olmasından əlavə, böyük təcrübəyə, zəngin intellektə sahib pedaqoq olmasını, Buynuz kəndi yetirmələrinin elmə təhsilə, tərəqqiyə meyillənməsində Musa müəllimin xidmətlərindən bəhs etdi.
Şagirdlərin səsləndirdiyi, müəllifin yaradıcılığından qaynaqlanan bir neçə suala şair özünəməxsus şəkildə aşıqlama verdi.
Aşiq Yanvar Bədəlovun tədbirdə iştirakı sazla sözün vəhdətindən doğan gözəlliyi bir daha aydın göstərdi.
Tədbirdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudov, şairlərdən Maarif Soltan, Tofiq Nurəli, “Neft daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev, tanınmış pedaqoq Fərman Bəşirov, İsmayıllı RİH-nin əməkdaşı Murad Məhərrəmov, şairin oğlu Şəhriyar, qardaşı Saməddin Yaqubov, əmisi oğlu Əvəz Yaqubov (Küskün) və başqaları şairin zəngin poeziyasından bəhrələndiklərini bildirdilər və alqışlara səbəb olan bacarıqla şairin yaradıcılığına müraciət etdilər, yaradıcılığından nümunələr səsləndirdilər.
Musa Yaqub poeziyasının sanballı həvəskarlarından biri, bədii qiraət ustası Pünhan İsmayıllı şairin populyar şeirlərindən bir neçəsini və qardaşı Sadiq Babaoğlunun şeirini məclis əhlinə çatdırdı.
Məclisi yubilyar özü, “Dünyadan bir görünüş” şeiri ilə yekunlaşdırdı. Məclisdəkilər ayaq üstdə uzun sürən alqışlarla şairin illər boyu yaratdığı söz, sənət, məhəbbət dünyasını alqışladılar və ona daim bu ruhda, bu ilhamda qalmağı arzuladılar.
Tədbirdə səslənən son fikir bu oldu:
– Türk dünyasının, Azərbaycan xalqının sevimli şairi Musa Yaqub, 75 yaşın mübarək! Bu yerdə son qələm nümunələrindən ikisini oxuculara təqdim etməyi gərəkli bildim.
Getdilər
Başımı qaldırıb baxa bilmədim,
Döşdə lalələrim solub getdilər.
Qovdu bir-birini qara buludlar,
Axır dərələrə dolub getdilər.

Ay Allah, nə qədər “getdilər” olar,
Ömürdə nə qədər bitdilər olar
Aşiqlər kamına yetdilər ola?
Yoxsa yana-yana qalıb getdilər?!

Zərif duyğularla doldurun məni,
Əjdər Ol olanda oldurun məni,
Ayə, təzə dostlar, qaldırın məni,
“Köhnələr” mehrimi alıb getdilər.

Çox şey əfsanədi, bir az bayağı,
Kəsildi qapımdan elin ayağı.
O dəstə kimdi bəs? – Sair qonağı
Cümə namazımı qılıb getdilər.
Bir payız tənhalığı
Lal sükut içində səssiz keçirəm,
İlk dəfə payızdan sənsiz keçirəm
Mən də əriyərəm, mən də itərəm,
Bir xəzan yelində otdan betərəm.
Söykənim hansı bir gücə bilmirəm,
Keçirəm deyirəm, keçə bilmirəm
Məni bu payızın içindən keçirt.

Xəzəl ayağımı ayaqlar mənim
Daşqalaq eyləyər yarpaqlar məni,
Əvvəl payızlarım belə deyildi,
Bu nə tənhalıqdı, bu nə qəm, kədər
Sən Allah ruhunu dalımca göndər,
Məni bu payızın içindən keçirt.

Bir gül yarpağına – qanadı islaq –
Sığınıb durmuşam kəpənəksayaq,
Çiçəyim yarımcan, otum yarımcan,
Sən Allah bir qanad göndər dalımca
Məni bu payızın içindən keçirt.

Yarı alatoran, yarı işığam,
İndi günbatana yol gedir indim
Bu xəzan içində sarı işığam,
Qırmızı işığım yandı – gecikdim!
Məni bu payızın içindən keçirt.

Əbrüşüm belinə əlim demişdim,
Çinar yarpağına əlim demişdim –
O da budağından üzüldü düşdü;
Qoyma üşüməyə çılpaq əlimi,
Tut götür torpaqdan yarpaq əlimi
Məni bu payızın içindən keçirt.

Səni səsləyirəm, gələrsən haçan? –
Bəlkə son körpümdü, sonuncu keçid.
Ağ atlı bir oğlan göndər dalımca
Məni bu payızın içindən keçirt.

Növbəti yubileylərini qeyd edək! İlhamın axrlı olsun! Daim bu ruhda qal, şair!
Fuad Yaqubov,
Buynuz kənd tam orta məktəbinin müəllimi

10.26
Sadiq Babaoğlu
Musa Yaquba
Sözü karxanasından əzib, döyüb çıxarır,
Nə həddi var, çıxmasın sevib, öyüb çıxarır.
Zalım oğlu söz ilə min-bir oyun çıxarır,
Yedizdirir bizlərə mənalı, aydın, qısa,
Ürəyi, qəlbi, canı, iliyi şeir Musa!

Möcüzəyə baxın siz, məsəl: yarpaq götürər,
O yarpağı ovcunda sığallayıb bitirər.
Sonra da söz oynadıb onu elə itirər,
İnciməz zərrə qədər, ağaclar batmaz yasa,
Qəlbində atəş yanır, alov, ocaq, pir Musa!

Kimin qüdrəti var ki, girə sənlə meydana?
Qulluq eyləsin görək ona, cinə, şeytana.
Allahın vergisidir, Şeytan bəlkə utana?!
Şeriyyət aləmində hər sözü kəskin, qısa,
Söz cəngində sərkərdə, cəngavərdi, şir Musa!

Hər sözündə fəlsəfə, cümləsində min fikir,
Baş açmaz vallah ondan nə İnkir, nə də Minkir.
Nöqtə boyda bir sözü kağıza elə əkir –
Neçə məna cücərib neçə məna doğarsa,
Bilməzsən, filosofdu, yoxsa ki, şair Musa.

Şərqin qoca şiridi, Pünhan söyləyib bunu,
Hardandı o qüdrət ki, vəsf eləyəm mən onu?
Bircə süfahi daşla açıb min-bir oyunu,
Şair, alim, ya bağban?.. Baş çıxaran yoxdusa,
Möcüzə, həm xəzinə, bağlı sandıq, sirr Musa,
Şeriyyətin heykəli, haqq yolu, fikir Musa!

10.27
Şahməmməd Dağlaroğlu
Olsaydı
“Yaman günün ömrü azdı”,
Babam dedi, atam yazdı.
Atamdan mənə qalmazdı,
Yaman gün qısa olsaydı.

Mən bu yolu keçəsiydim,
Bu dərdləri çəkəsiydim.
Görən, kimin tikəsiydim,
Bu dünya kasa olsaydı.

Çöp yuvalar boş olmazdı,
Göyərməmiş daş olmazdı.
İl keçərdi, qış olmazdı,
Hər şair Musa olsaydı.

Şərh Yaz