Bizdən qayğı gözləyənlər

Bizdən qayğı gözləyənlərBu gün İsmayıllı Gənclər və İdman İdarəsi Heydər Əliyev adına parkda yerləşən Gənclər Mərkəzində İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzi ilə birgə xüsusi qayğıya ehtiyacı olan əlil və qüsurlu uşaqların əl işlərindən ibarət sərgi təşkil etmişdir. Sərginin keçirilmə məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarını üzə çıxarmaq, cəmiyyətdə onların fəal iştirakını təmin etmək olmuşdur. Ümumilikdə tədbirdə 40 nəfər iştirak etmişdir. İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva tədbir iştirakçılarını salamlayaraq, uşaqların əl işlərindən fərəhləndiyini, Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara müxtəlif sahələr üzrə geniş şərait yaradıldığını bildirdi. Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şövqi Əhmədov, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Xalıq Xalıqov, şəhər 1 saylı tam orta məktəbinin uşaq təşkilatı birliyinin rəhbəri Pərvanə Məmmədova çıxış etdilər. Onlar əlil uşaqlara qayğı göstərməyin vacibliyini, onlara dəstək durmağın zəruriliyini vurğuladılar, xüsusi qayğıya ehtiyacı olan uşaqlara qulluq etməyin çətin, lakin şərəfli olduğunu bildirdilər. Sərgidə Rəhilə Bababəyli, Pərviz Əhədli, Həsən Hüseynov, Jalə Nağıyeva, Nəzrin Vahabova, Fərqanə Alməmmədova, Əhməd Abbasov, Əli Hüseynov, ümumilikdə, 8 nəfər xüsusi qayğıya ehtiyacı olan uşağın əl işləri fərqləndiyinə görə Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olundu.
Ş.Əhmədov

Şərh Yaz