Sağlam ailə güclü dövlətin təməlidir

Sağlam ailə güclü dövlətin təməlidir1993-cü ildən Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 15 May – Beynəlxalq Ailə Günü kimi qeyd olunur.
Artıq beşinci ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 May – Beynəlxalq Ailə Günü ölkəmizdə böyük həyəcan və təntənə ilə keçirilir. Nahaq yerə ailəni kiçik dövlət adlandırmırlar. Bu mənada sağlam təməlli ailələrin çoxluğu ölkəmiz və xalqımız üçün əhəmiyyətli rola malikdir. Dövlətimizin ailələrə diqqəti və qayğısının nəticəsidir ki, hər il respublikamızın ayrı-ayrı bölgələrində “Ailə bayramı” təşkil olunur. Bu ilki аиля байрамы ися yazın gəlişi ilə gözəlliyi birə-beş artmış Исмайыллыда keçirildi.Sağlam ailə güclü dövlətin təməlidirSağlam ailə güclü dövlətin təməlidir1993-cü ildən Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 15 May – Beynəlxalq Ailə Günü kimi qeyd olunur.
Artıq beşinci ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 May – Beynəlxalq Ailə Günü ölkəmizdə böyük həyəcan və təntənə ilə keçirilir. Nahaq yerə ailəni kiçik dövlət adlandırmırlar. Bu mənada sağlam təməlli ailələrin çoxluğu ölkəmiz və xalqımız üçün əhəmiyyətli rola malikdir. Dövlətimizin ailələrə diqqəti və qayğısının nəticəsidir ki, hər il respublikamızın ayrı-ayrı bölgələrində “Ailə bayramı” təşkil olunur. Bu ilki аиля байрамы ися yazın gəlişi ilə gözəlliyi birə-beş artmış Исмайыллыда keçirildi.
Ailə bayramı bir sıra ənənəvi tədbirləri özündə cəmləşdirir. Hər il olduğu kimi, yenə tədbir iştirakçıları və qonaqlar ənənəvi əl işləri sərgisi ilə tanış oldular. Respublikamızın müxtəlif rayonlarından və şəhərlərindən buraya toplaşmış nümunəvi ailələr, qonaqlar sərgiyə maraqla tamaşa etdilər. Bayram tədbirinə gələn бир аилянин симасында бир бюлэямиз тəмсил олунurdu – nümunəvi əl işləri, milli mətbəx nümunələri ilə.
ЙУНИСЕФ-ин Aзярбайъан нцмайяндялийинин рящбяри Марк Щеревард, ЙУНЕСКО-нун Азярбайъан цзря нцмайяндяси Эцнай Яфяндийева вя диэяр дяйярли гонаглар da məhz “Ailə bayramı”nda iştirak etmək üçün İsmayıllıda idilər.
Тядбири ачмаг цчцн сюз Исмайыллы район İcra Hakimiyyətinin başçısı Низами Ялякбярова verilir:
– Hörmətli qonaqlar! Hörmətli Hicran xanım! Doğma Azərbaycanımızın bölgələrini təmsil edən əziz ailələr! Xanımlar və cənablar!
Beynəlxalq Ailə Günü münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizi İsmayıllıda görməkdən məmnun olduğumu bildirirəm. Xoş gəlmisiniz deyirəm.
Siz bu gün ümummilli liderimiz Heydər Əliyevin, Prezidentimiz cənab İlham Əliyevin böyük dəyər verdikləri, səfərləri ilə şərəfləndirdikləri rayondasınız. Beynəlxalq Ailə Gününü birgə bayram edirik. Azərbaycan Respublikasının, onun hər bir bölgəsinin inkişafından fərəh duyaraq, Ailə Bayramına gəlmişik.
Siz bu məkana gələnə qədər, qismən də olsa, şəhərimizlə tanış olmusunuz. Əvvəllər bu yerləri görənlər tam dəyişikliyin, yeniləşmənin şahidi olublar. Yəqin ediblər ki, İsmayıllı da Respublikamızın inkişafında öz layiqli yerini tutmuşdur. Rayonumuz müasir turizm-istirahət mərkəzləri ilə, qədim qalaları, tarixi yüz illərlə ölçülən Lahıcı, Basqalı, müasir İvanovkası, Qalacığı, aqrar sənayesi turizmlə birgə inkişaf edən Hacıhətəmli kəndi ilə turizm məkanına çevrilmişdir.
İnsanların sosial həyatının zənginləşdirilməsi və ailələrin rahatlığı üçün yeni-yeni layihələr həyata keçirilir. Hər bir ailə, onun həyatının bütün istiqamətləri rayon rəhbərliyinin diqqət mərkəzindədir. Bu məsələdə biz Respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daim dəstək görürük.
Sağlam ailə güclü dövlətin təməlidirSağlam ailə güclü dövlətin təməlidirCəmiyyətimizin ehtiyacından doğan Komitənin yaradıcısı, ümummilli liderimiz Heydər Əliyev demişdir: – “Adamların mənəvi aləmi təkcə əməkdə, ictimai fəaliyyətdə deyil, həmçinin ailədə formalaşır”. Bu mənada ölkəmizdə ailələrə hər cür köməklik göstərilir, ailələrdəki uşaqların sağlam böyüməsi, kamil tərbiyə və təhsil alması üçün lazımi şərait yaradılır. Dövlət tərəfindən ünvanlı sosial yardımın verilməsi, pensiya və əmək haqlarının artması, digər sosial tədbirlərin ardıcıl və sistemli həyata keçirilməsi Azərbaycan ailələrini daha xoşbəxt gələcəyə aparır.
Ailələr bütün ənənələri ilə birgə milli dəyərlər sırasındadır. Bu kiçik “dövlət” böyük dövlətin əsasında dayanır. Bu gün Beynəlxalq Ailə Gününün keçirilməsi də ailəyə verilən böyük diqqətin nəticəsi kimi qəbul olunur. Azərbaycan ailəsi bugünkü nümunələr əsasında öz mənəvi və yaradıcılıq potensialını nümayiş etdirir. Qızıl və ya brilyant toyu olan ailələrin tədbirdə iştirakı göstərir ki, səmimiyyət, qarşılıqlı anlaşma, mehribanlıq və sevgi ailənin sarsılmaz özülüdür, uzunömürlülüyün təminatçısıdır.
Mən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynovaya təşəkkür edirəm ki, 2012-ci ilin “Ailə bayramı” üçün İsmayıllını ünvan seçmişdir.
Cənab Prezident İlham Əliyevə minnətdarıq ki, ölkənin xoşbəxt gələcəyini yetişdirən ailələrə tükənməz qayğı göstərir.
Bir daha sizi təbrik edirəm. Ailələrə səadət, xoşbəxtlik, sağlamlıq və firavan yaşamağı arzulayıram.
Bayramınız mübarək olsun!
Sonra söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya verilir:
-Hörmətli xanımlar və cənablar, əziz uşaqlar!
Hər il olduğu kimi, bu il də sizinlə gözəl bir gündə-Beynəlxalq Ailə Günündə görüşürük. Mən hamınızı bu bayram münasibətilə ürəkdən təbrik edir, hər birinizə səadət dolu xoş günlər arzulayıram.
Beynəlxalq Ailə Gününün qeyd olunması artıq ölkəmizdə ənənəyə çevrilmişdir. Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu sevimli bayramı hər il bir rayonda təşkil edirik. Bu il regionlarda ailə bayramının keçirilməsinin 5 ili tamam olur. İndiyədək Beynəlxalq Ailə Gününü biz Lənkəranda, Şamaxıda, Qaxda, Xaçmazda qeyd etmişik. Bu gün isə Azərbaycan ailələrini gözəl, səfalı İsmayıllı torpağında salamlayırıq. Fürsətdən istifadə edib tədbiri keçirmək üçün bizə imkan yaratmış İsmayıllı rayon İcra hakimiyyətinin başçısı cənab Nizami Ələkbərova, bayramın təşkilində əməyi olan bütün insanlara və qonaqpərvər İsmayıllı sakinlərinə təşəkkür edirəm. Bugünkü bayramımızda Azərbaycanın bütün rayonları təmsil olunur. Onların burada iştirakını təmin edən həmin rayonların icra hakimiyyəti başçılarına dərin minnətdarlığımı bildirirəm. Tədbirimizdə çox dəyərli qonaqlarımızın-hörmətli millət vəkillərinin, dövlət, elm və incəsənət xadimlərinin iştirakı bizi ürəkdən sevindirir.
Bu gün Azərbaycanda iki milyona yaxın ailə vardır. Bu ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyır. Qeyd etmək istəyirəm ki, min illər boyu tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynamışdır. İnsanın inkişafında və onun şəxsiyyətə çevrilməsində ailənin rolu bu gün də öz əhəmiyyətini saxlayır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə ilk növbədə öz bütövlüyünü qoruyub saxlamaqdadır.
Bütün dünya xalqlarının müqəddəs münasibət bəslədiyi ailə dəyərlərini, ailə ləyaqətini Azərbaycan xalqı hər şeydən uca tutmuş və bu, bizim milli adət-ənənəmizə çevrilmişdir. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli daha sağlam tərbiyələndirməliyik. Sözsüz ki, bu işdə ailənin rolu danılmazdır. Qarşılıqlı hörmət və məhəbbət əsasında qurulan ailələrimiz gənc nəsil üçün həmişə nümunədir. Buna görə də bu gün Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.
Sağlam ailə güclü dövlətin təməlidirSağlam ailə güclü dövlətin təməlidirMüstəqil Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dönə-dönə deyirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında bu gün dövlət ailə siyasəti uğurla həyata keçirilir. Bu strategiyanın uğurlu nəticələri artıq göz qabağındadır. Ümummilli lider Heydər Əliyevlə akademik, unudulmaz insan Zərifə xanımın qurduqları ailə hamı üçün həmişə nümunə olmuşdur.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya müasir Azərbaycan ailəsinin yüksək dəyərlər və milli mentalitet üzərində qurulduğunu göstərirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması isə müstəqil respublikamızın ailə siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsasını qoymuşdur. Komitəmiz bu sahədə dövlət proqramlarının uğurla reallaşdırılması və digər qurumların səylərinin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparır. Belə ki, Komitə mütəxəssislərinin apardıqları təhlil ölkəmizdə ailənin inkişafı sahəsində müsbət dinamikanın mövcudluğunu, ailə institutunun daha da möhkəmləndiyini bir daha təsdiq edir.
Sağlam ailə güclü dövlətin təməlidirSağlam ailə güclü dövlətin təməlidirAzərbaycanlıları fərqləndirən xüsusiyyətlərdən biri xalqımızın ailəyə xüsusi önəm verməsi, ailəyə bağlılığıdır. Biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli mentalitetimizdən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir.
Bizim analar övladları dünyaya gəldikləri gündən onları milli-mənəvi dəyərlərimizlə tərbiyə edirlər. Bu tərbiyənin əsasını böyüyə hörmət, milli dəyərlərə bağlılıq təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının bünövrəsidir. Övladlarını milli adət-ənənələrimiz əsasında əsil vətəndaş kimi böyüdən ailələrimiz xalqımızın milli sərvəti hesab olunur.
Azərbaycan dövlətinin ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirdiyi ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Bu gün cəmiyyətimiz öz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşması üçün çalışır. Hazırda ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində olduqca mühüm tədbirlər həyata keçirilir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün ailələrinə, həmçinin aztəminatlı ailələrə dövlət başçımızın daimi diqqəti sayəsində həmin insanların bir çox problemləri artıq həll olunmuşdur.
Sağlam ailə güclü dövlətin təməlidirSağlam ailə güclü dövlətin təməlidirBizim Komitənin fəaliyyətinin əsas istiqaməti həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, eyni zamanda onları ictimai həyata cəlb etməkdir. Bununla əlaqədar, qaçqın və məcburi köçkün ailələrindən olan beş yüz nəfərə yaxın yeniyetmə xarici dil, kompüter və peşə kurslarında təlim keçmişdir.
Cəmiyyətdə ailə institutu günbəgün möhkəmləndirilir. Bu da hər şeydən əvvəl, nüfuzlu və uzunömürlü ailələrin nümunəsinə əsaslanır. Biz hər il Beynəlxalq Ailə Günü ərəfəsində bölgələrdə nümunəvi ailələri müəyyənləşdiririk. Bu gün ölkəmizdə xüsusi istedadı, bədii və musiqi yaradıcılığı, yüksək idman göstəriciləri, digər qabiliyyət və maraqları ilə seçilən ailələrimiz çoxdur. Həmin ailələrin təcrübəsi hamıya nümunədir.
Biz Komitə olaraq, eyni zamanda gənc nəsil arasında ailədaxili münasibətlərin, ailə dəyərlərinin, yaşlı nəslə hörmət və məhəbbətin qorunub saxlanması istiqamətində ardıcıl olaraq geniş miqyaslı layihələr həyata keçiririk.
Əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədi ilə artıq Azərbaycanın 55 rayonunda “Nəsillərarası münasibətin cəmiyyətin formalaşmasında rolu” mövzusunda tədbir keçirilmişdir. Bu tədbirlərdə əhali fəal iştirak etmişdir.
Bu gün bu gözəl məkanda, demək olar ki, Azərbaycanın ən nümunəvi ailələri toplaşmışdır. Müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin göstəricisi olan bu ailələr milli mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısıdırlar. Mən bugünkü ailə bayramı münasibəti ilə həmin ailələri bir daha ürəkdən təbrik edir, onlara uzun ömür və xoşbəxtlik arzulayıram.
Bu səmimi, ürəkdən gələn çıxışların ardınca söz musiqiyə verilir. Tədbir iştirakçıları Rəşad İlyasovu, Opera teatrının solisti Gülüstan Əliyevanı, İsmayıllı rayon mədəniyyət evi “Niyal” xalq çalğı alətləri ansamblının solisti Sahibə Abdullayevanı alqışlarla qarşıladılar.
Aparıcı günün əsas qəhrəmanlarını – yeni ailə quran və bu gün burada nikahları qeyd olunacaq bəy və gəlinimizi, habelə toylarının 60 illiyini – brilyant toylarını qeyd edən Həmzəyevlər ailəsini sevinc və fəxrlə tədbir iştirakçılarına təqdim edir. İsmayıllı rayon Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsinin müdiri Hüsniyyə Osmanova yeni evlənən cütlüyün nikahını qeydə alır, evlilik şəhadətnaməsini bir ömür boyu fəxrlə qoruyub saxlamaq arzusu ilə gənclərə təqdim edir. Bayram iştirakçıları təbriklərini gurultulu alqışlarla, sevinc dolu nidalarla yenicə nikaha daxil olmuş bəy-gəlinə çatdırırlar. AQUPDK-nin sədri Hicran Hüseynova və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov gəncləri təbrik edir, onlara ən xoş arzularını çatdırır, diplom və qiymətli hədiyyələr təqdim edirlər. Tədbirin elə bu yerində yeni evlənənlərə də nümunə olsun deyə 60 ildən çox evli olan, örnək övladları, nəvə, nəticələri ilə seçilən Həmzəyevlər ailəsi ilə söhbət aparılır, ailə təcrübəsi öyrənilir. Bu ailəyə də Komitə və İcra Hakimiyyəti tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunur.
Ailə özəl məfhumdur. Sözsüz ki, hər bir ailə özünəməxsus qayda-qanunlara, keyfiyyətlərə və struktura malik kiçik bir qurumdur. Azərbaycan ailəsi hər zaman yüksək etik-əxlaqi dəyərləri, milli-mədəni sərvətlərimizə hörməti ilə fərqlənib. Bu bayramda fitri istedadlı, bacarıqlı, yaradıcı ailələrin üzvləri toplanıb. Onlardan bir qismini yaxından tanımaq imkanı verilir. Bir-birinin ardınca səhnəyə ailə ansamblları dəvət olunur. Şabran rayonundan gəlmiş Ağasızadələr, Füzuli rayonundan olan Məmmədovlar ailələrinin, Lerikdən Hüseynovlar ailəsinin, Siyəzən rayonundan Əhmədovlar ailəsinin “Arzu” instrumental ansamblının, Tovuz rayonundan Tağıyevlərin aşıqlar ansamblı, Beyləqandan Süleymanovlar ailəsinin saz ifaları, Zaqataladan Abdurəhimovlar ailəsinin və Oğuz rayonundan Salahovlar ailəsinin “Oğuz” ailə ansambllarının çıxışları böyük maraq doğurur. Televiziyadan, daha dəqiq desək “Azad Azərbaycan” televiziyasının “Tanıdım səni” layihəsindən yaxşı tanıdığımız, ifasını hər həftə səbirsizliklə gözlədiyimiz bərdəli Məhəmməd Mustafalı da o gün payına ən çox alqış düşənlərdən oldu.
Tədbiri fərqləndirən bir cəhət də milli azlıqların ailə, sənət və mətbəx mədəniyyətinə geniş yer verilməsi idi. Onların musiqili nümayəndələrinin çıxışları da böyük canlanma yaratdı. Həmişə televiziya ekranlarından görüb dinlədiyimiz Lənkəranın “Nənələr” qrupunun çıxışı demək olar əvvəldən-sonadək alqış sədaları ilə müşayiət olundu. Balakəndən Debirovlar ailəsinin, Qusardan Alixanovlar ailəsinin, Gədəbəydən Popovlar ailəsinin ifa etdikləri milli rəqslər, səhnəciklər də maraqla izlənildi.
Bütün bunlara baxdıqca bir daha əmin olursan ki, zəngin folklor nümunələri, xalq nəğmələri beləcə, ailədən-ailəyə, nəsildən-nəsilə ötürülərək bu günümüzədək gəlib çatıb və sabaha gedən yolu da davamlıdır.
Milli mətbəximiz də əsrlərin, min illərin sınağından, süzgəcindən keçib gəlib. Azərbaycan mətbəxinin özəllikləri haqqımda danışmağa bizcə çox da böyük ehtiyac yoxdur. Dünya mətbəxində bizim yeməklərimizin məxsusi bir yeri var, desək yəqin ki, yanılmarıq. Bunun bir bariz nümunəsi də Ailə bayramında göründü. Tədbirin kulinariya sərgisində nümayiş olunan, növbənöv şirniyyatlar, salatlar, habelə kulinariya bacarığını göstərən ailələrin burada hazırladıqları milli xörəklər dediklərimizin əyani sübutu idi.
Yeri gəlmişkən qeyd edim ki, qonaqların bayram süfrəsinə verilən və hamı tərəfindən yüksək razılıqla qəbul olunan yeməklərin hazırlanması rayonumuzun “Gülüstan” şadlıq sarayının peşəkar aşpazlarının payına düşmüşdü. Onların ismayıllılara çoxdan bəlli olan ustalığı bu gün bütün Azərbaycana bəlli oldu.
Tədbirə dəvət olunmuş bütün ailələrə AQUPDK-nin Diplomları və qiymətli hədiyyələr təqdim olunur.
Beləcə, nümunəvi ailələrin cəmləndiyi, respublikanın demək olar ki, bütün rayonlarını İsmayıllıya cəm edən, rayonumuzu bir daha tanıdan, gözəlliklərini bir daha gözlər önünə sərən sözlü-musiqili, toylu-büsatlı daha bir gözəl tədbir məkanı İsmayıllı olmaqla tarixə keçir. Və ən əsası İsmayıllıya bu ilk və həm də son gəlişi olacaq onlarla insanın xatirəsində rayonumuz həmişəlik belə qalacaq: yaşıllıqların, Günəşin, dağların və qonaqsevər, yaxşı insanların bol olduğu bir Vətən torpağı kimi.
Lətifə Əliyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz