Yaddas kitabcasi

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Nizami Ələkbərova

Hörmətli Nizami müəllim!
Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planına uyğun olaraq 10 prioritet sahə müəyyən edilmişdir ki, onlardan biri də regional əməkdaşlığın genişləndirilməsidir. Prioritet sahəyə daxil olan xüsusi tədbirlər planında regional səviyyədə gənclərin mübadiləsinin və əməkdaşlığının artırılması, Aİ və Azərbaycan hökuməti arasında təhsil, təlim və gənclər sahəsində, xüsusilə regional səviyyədə gənclərin mübadiləsinin və əməkdaşlığının gücləndirilməsi və mədəniyyətlərarası dialoqun təşfiq edilməsi nəzərdə tutulmuşdur Fəaliyyət Planının uğurla həyata keçirilməsi Azərbaycan Avropa Birliyinin strukturlarına inteqrasiyasını təmin edəcəkdir.
Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planına və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Dövlət Gənclər Siyasəti Haqqında Fərmanına uyğun olaraq gənclərimiz dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq seminarlarda, konfrans və forumlarda Azərbaycanı uğurla təmsil edirlər.
Belə gənclərdən biri Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyasının (AGADA) üzvü, İsmayıllı rayon Xəlilli kənd tam orta məktəbinin müəllimi Həmid Qasımovdur. H.Qasımov dəfələrlə ölkəmizi ABŞ, Kanada, Cənubi Koreya, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, Belçika, İtaliya, İspaniya, Çexiya, Yunanıstan, Polşa, Türkiyə və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda uğurla təmsil etmişdir.
Həmid Qasımov 21-26 mart tarixində İtaliya Respublikasının Boloniya şəhərində 64 ölkənin iştirakı ilə keçirilən Avropanın Gənc Müəllimləri Assosiasiyasının ( AGMA) “İllik hesabat – Seçki konfransı”nda iştirak etmişdir. Həmin konfransda AGMA-nın prezidentliyinə Həmid Qasımovun namizədliyi irəli sürülmüş və 41 ölkənin səsini qazanaraq qurumun rəhbəri seçilmişdir.
Bu mötəbər təşkilatda ölkəmizin təmsil olunması, eləcə də uğurların əldə olunması, savadlı, gənc, təşəbbüskar və geniş dünya kadrlar hazırladığınız üçün AGADA kollektivi Sizi, İsmayıllı RİH-nin kollektivini və eləcə də Xəlilli kənd orta məktəbinin rəhbərliyini və kollektivini təbrik edir. Sizlərə uğurlar və yeni təşəbbüslər arzulayırıq.
Rüstəm Rəhimov,
Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyasının sədri

Şərh Yaz