Əhalinin nəzərinə! Əziz ismayıllılar!

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun Sərəncamı əsasında “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə” çərçivəsində tikinti işlərinin yerinə yetirilməsinə müvafiq köməklik göstərilməsi məqsədilə komissiya yaradılmışdır.
Sərəncamda 2011-ci ilin noyabr ayından “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə” çərçivəsində İsmayıllı şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılması qeyd olunur. Sərəncamda həmçinin işlərin gedişi ilə əlaqədar şəhərin küçələrinin qazılması işlərinə başlanılacağı göstərilir ki, bu da bəzi müvəqqəti çətinlik və narazılıqlarla müşaiyət oluna bilər.
Yaradılan komissiyanın başlıca vəzifəsi su kanalizasiya layihəsinin uğurla, gecikməyə yol vermədən və maneəsiz icrasına köməklik göstərməkdən ibarətdir. Sərəncamla aidiyyəti struktur bölmələrinin rəhbərlərinə layihənin icrası prosesində tələb olunan işləri həll etmək tapşırılmışdır.
Əziz ismayıllılar! Məlum məsələdir ki, tikinti işlərinin aparılacağı küçələrdən istifadə zamanı müvəqqəti çətinliklərlə üzləşəcəyik. İşə kömək, əlavə narahatçılıqlar yaratmamaq məqsədi ilə hamınızı müvəqqəti çətinlikləri səbirlə dəf etməyə dəvət edirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz