“20 Yanvar faciəsi qan yaddaşımızdır”

Yanvarın17-də Heydər Əliyev adına Mərkəzdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqənin şəffaf keçirilməsi üçün kodlaşdırma aparılmışdır. Müsabiqədə 46 nəfər iştirak etmişdir. Müsabiqə yazıları yoxlanmaq üçün RTŞ-nə göndərilmişdır. Nəticələr müəyyənləşdirildikdən sonra qaliblərə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin diplomları və qiymətli hədiyyələri veriləcəkdir.

Şərh Yaz