Yaddas kitabcasi

Armrestlinq üzrə rayon birinciliyi

2012-ci ilin 17 yanvar tarixində rayon Gənclər və İdman İdarəsi yeniyetmələr və gənclər arasında armrestlinq üzrə rayon birinciliyi keçirmişdir.
Tədbirdə 65 nəfər idmançı iştirak etmişdir. “20 Yanvar” şəhidlərinin xatirəsi anılmış, yarış iştirakçılarına uğurlar arzulanmışdır. Yarış əsasnaməyə uyğun – olimpiya sistemi ilə (uduzan çıxır) keçirilmişdir. Maraqlı görüşlərdən sonra 50 kq. cəkidə Nicat Xəlilli I, Bəhruz Qasımov II, İzzət Cəfərov III yeri tutmuşdur. 55 kq. cəkidə Hidayət Həmzəyev birinci, Şirxan Xəlilov ikinci, Elmar İlyaslı üçüncü olmuşdur. 60 kq. cəkidə Togrul Şahlarlı I yeri, Eşqin Paşayev II yeri, Namiq Talıbov III yeri qazanmışdir. 65 kq. cəki dərəcəsinin birincisi Samir Osmanov, ikincisi Rəsul Fərəcli, üçüncüsü Nurlan Qasımov olmuşdur. 75 kq. cəki dərəcəsində Elvin Seyidov I, Tural Seyidzadə II, Elməddin Əzimli III yeri tutmaqla fərqlənmişlər. 80 kq. cəkidə Qəzənfər Qarayev I yerə, Habil Dəmirov II yerə, İsa Mövlamov III yerə layiq olmuşlar. 85 kq cəki dərəcəsində Emin Rüstəmov I, Ülvi Əhmədov II, Elsevər Əlimərdanov III yerlə kifayətlənmişdir. 85+ kq cəki dərəcəsində Seymur Bağırlı birinci, Qamət Mütəlov ikinci, Saleh Adıgözəlov üçüncü yeri tutmuşdur.
Yarışda birinci yeri tutmuş idmançılar Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri, II və III yerləri tutanlar isə diplomlarla təltif olunmuşlar.

Şərh Yaz