Milli kurikulum tərəqqiyə istiqamətdir
Azərbaycanda tətbiq olunan müasir təlim texnologiyalarından biri də interaktiv təlim üsulları və İKT-dir. Bu təlim növü sinif mühitində müəllimlə şagird, şagirdlərin öz aralarında qarşılıqlı əlaqə qurmağa imkan yaradır. Dərs canlı və maraqlı keçməklə yanaşı, həm də şagirdlərdə sərbəst, müstəqil düşüncə vərdişləri formalaşdırır. Hər fənn materialının izahında yeni formaların tətbiqi, pedaqoji ”steriotiplər”in dağılmasını, monoloji yanaşma tərzindən dialoji yanaşma tərzinə keçidi, aktual problemlərin birgə müzakirə etmək mədəniyyətinin formalaşması, informasiyasının keyfiyyətli təhlilini tələb edir. Təhsilin keyfiyyətini yüksəltmək və təhsil sektorunun inkişafını bazar iqtisadiyyatının ehtiyaclarına, habelə sosial imkanlara uyğunlaşdırmaqla respublikamızda təhsil islahatı həyata keçirilir.
“Interaktiv” sözünün hərfi mənası “qarşılıqlı əlaqəyə əsaslanan” deməkdir. Bu əlaqənin bir tərəfində öyrədən – müəllim, diğər tərəfində öyrənən – şagird dayanır. Dərslərin interaktiv metodlarla təşkili məşğələləri canlı, emosional, maraqlı, məzmunlu və cəlbedici olmasına şərait yaradır. Yeni təlim metodları şagirdlərə fərdi yanaşma, onlarda müstəqil yaradıcılıq imkanlarını artırır, təfəkkürünü inkişaf etdirməyə imkan verir. Dərs o zaman faydalı olur ki, şagirdlərdə canlı maraq, kəskin reaksiya doğursun, onları diskussiyaya getməyə təhrik etsin. Bilik (informasiya) şagirdlərə sadəcə olaraq çatdırılmır, çıxarılan hər nəticə şagirdlər tərəfindən analiz-sintez edilir, müəyyən əqli nəticə çıxarılır. Düz əlaqəyə istinad edilən ənənəvi dərslərdən fərqli olaraq bu zaman əks əlaqə yaradılır, şagirdlərdə yaradıcı və müstəqil təfəkkürün inkşafına, həmin verilən materialın xeyli hissəsinin şagirdlər tərəfindən dərs prosesində mənimsəlməsinə şərait yaradır. Mövzunu, informasiyanı elə çatdırmaq lazımdır ki, hər şagird ayrı-ayrılıqda onu qavrasın. Yaxşı qavramayan şagird biliyi hafizəsində saxlaya bilməz. Ümümiyyətlə, hafizə nəyə deyilir? Hafizə prosesləri hansıdır? Hafizənin necə növü var və hansılardır? Yaddasaxlama, yadasalma nədir və neçə növü var?
Dərk olunan cisim və hadisələrin yadda saxlanması, hifz olunması, yada salınması və tanınmasına hafizə deyilir. Hafizə bir sıra mürəkkəb psixi əməliyyatlarla bağlıdır. İnformasiyaya fəal surətdə yiyələnməklə insan özünə lazım olan faydalı informasiya əldə etmək, şuurunda saxlamaq və yeri gələndə yada salmaq prosesini ifadə edir. Yaddasaxlama – yadasalma, hifzetmə, unutma – hafizə prosesidir. Hafizə 3 növdən ibarətdir: fəaliyyətin məqsədindən asılı olaraq (qeyri-ixtiyari, ixtiyari); materialın möhkələnməsi və saxlanma müddətinə görə (qısa müddətli,uzun müddətli, operativ hafizə); fəaliyyət prosesində üstünlük təşkil edən psixi fəallığin xarakterinə görə(emosional hafizə, hərəkət hafizəsi, surət hafizəsi, sözlü-məntiqi hafizə).
İnsan beyninin sol yarımkürəsində verbal hafizənin (sxemlər, məntiqi sübut və s.), sağ yarımkürəsində isə görmə və hərəkət hafizələri mexanizmləri daha səmərəlidir. Mahiyyətcə beyinin keçmiş təcrübəsindən indiki an üçün zəruri olan informasiyanı seçib ayırması və canlanmasına yadasalma deyilir. Yadasalmanin tanınma, xatırlama və xususi yadasalma növləri vardır.
Yaddasaxlama formaları aşağıdakılardır:
a) diqqətin mərkəzləşdirilməsi nə qədər güclü olarsa, yaddsaxlama da o qədər sürətli baş verir.
b) çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha yaxşı yadda saxlanılır.
c) təkrar, yaddasaxlamanın daha səmərəli formasıdır.
d) məntiqi əlaqəsi və bir-biri ilə sıx bağlı olan fakt və hadisələr daha asan yadda saxlanılır. Çünki bu zaman assosiativ təəssürat daha asan və sistemli olur. Burada sanki əşya və hadisələrin elementlərinin yadda saxlanması biri ilə sıx bağlıdir.
Qavrayış -hissi idrakın mühüm mərhələləri təşkil edən qavrayış prossesi, cisim və hadisələri bütün əlamət və xüsusiyyətləri ilə birlikdə, yəni, bütövlükdə əks etdirir. Yəni qavrayış da indiki anda bilavasitə hiss üzvlərinə təsir edən cisim və hadisələrin əyani surətləridir. Lakin bu hissi iradın nisbətən mürəkkəb mərhələsidir. Elə buna görə də qavrayış duyğudan fərqlənir. Hər ikisi ücün hadisə bilavasitə hiss üzvlərinə həsr edir.
Biliyi şagirdə elə çatdırmaq lazımdır ki, şagird onu yaxşı qavrasın. Öyrədən öyrənən qarşısında böyük məsuliyyət daşıyır. Amerika alimi Bluma görə bilikə qavrama ardıcıl olaraq öyrənənə çatdırılmalıdır. Qavrayış – hiss üzvləri bilavasitə təsir edən cisim və hadisələrin bütün əlamət və xassələrinin bütövlükdə unikasıdır. Qavrayışın müxtəlif növləri 2 böyük qrupa ayrılır: a) sadə, b) mürəkkəb.
Sadə qavrayışın növləri bunlardır: a) eşitmə b) cörmə c) dad bilmə d) iybilmə. Qavrayışın sadə növləri analizatlara əsasən xarakterizə edilir.
Mürəkkəb qavrayış növləri isə aşağıdakılardır: a) məkan, b) zaman, c) hərəkət. İnsanın insanı qavraması isə bütövlükdə ünsiyyət zamanı adamların bir- birini əks etməsi prosesidir
Məkan qavrayışına cismin forması, böyüklüyü, istiqaməti, dərinliyi və uzunluğı aiddir.
Zaman qavrayışı cismin və hadisələrin sürəti, müddət və ardıcıllığı nəzərdə tutulur. Zaman qavrayışının köməyi ilə ətraf mühitdə baş verən dəyişiklər əks edilir. Əslində sırf zaman deyil, zaman daxilində baş verən hadisələri qavrayırıq. Hərəkətlərin qavranılması görmə, eşitmə və hərəkət analizatorlarının birgə fəaliyyəti sayəsində baş verir.
Dərin mühüm prosesi şagirdlərlə bağlı qavramadan sonra başlayır. Fəal təlim üsullarindan birini və yaxud eyni zamanda bir neçəsini istifadə edərək təhlilə başlanır. Təhlil, araşdırma zamanı müəllim şagirdlərə istiqamət verərək köməklik göstərir. Şagirdlər tədqiqat aparandan sonra təqdimat edirlər, yəni şagirdlər dərsi neçə mənimsəyiblər. Son nəticəni şagirdlər əldə etmək üçün onlar tədqiqat aparmaqla, əməkdaşlıq edərək, araşdırma aparmaqla, məntiqlə düşünərək edirlər. Təhlil, tətbiq, sintez və qiymətləndirilmə qavramadan sonra olan proseslərdir. Çox vaxt qiymətləndirmə şagirdə verilən qiymətlə qarışdırılır. Əsla, belə deyil. Qiymətləndirilmə bütün sinfin müəllim tərəfindən verilən materialların, informasiyanın şagirdlər tərəfindən necə mənimsənilməsidən nəzərdə tutulur. Şagirdlərin qiymətləndirilməsi üç formada aparılır. Şagirdə intellekt səviyəsinə görə ilkin olaraq diaqnostiq, sonra formativ və yekunda sinif jurnalinda qeyd olunan summativ qiymət verilir. Summativ qiymətləndirilmə iki mərhələdə aparılır – kiçik summativ və böyük summativ. Yəni yarımillik və illik qiymətləndirmə.
Gülçöhrə Fərəcova,
N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllim