Yaddas kitabcasi

Öyrədənlər öyrənirlər

Öyrədənlər   öyrənirlərAzərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdir: ”Müəllimlər doğrudan da böyük missiyanı yerinə yetirirlər. Gələcək nəslin tərbiyə edilməsi, bilikli, savadlı olması üçün müəllimlər gecə-gündüz çalışırlar. Mən müəllimlərin əməyini çox yüksək qiymətləndirirəm. Hər bir ölkənin inkişafı üçün müəllimlərin fəaliyyəti başlıca rol oynayır”.
Doğurdanda belədir. Biz müəllimlər öz üzərimizdə çox çalışmalıyıq ki, biliyi gənc nəsilə hərtərəfli çatdırmalıyıq ki, gələcəkdə onlar ölkənin layiqli vətəndaşı olmaqla, çalışdıqları sahələrdə yüksək nailiyyətlər əldə edə bilsinlər. Yüksək intellekt sahibi olan gənc həmişə vətənin mənafeyini üstün tutaraq, vətənimiz Azərbaycanın adını və üç rəngli bayrağını zirvələrə doğru yüksəldəcək.
Bu günlərdə N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbində gənclərin çağrışaqədərki hazırlıq kabinetində bütün fənn müəllimləri üçün seminar-treninqlər keçirilmişdir. Hər iki növbədə işləyən müəllimlər müxtəlif vaxtlarda seminarda iştirak etmişlər.
2010-2011-ci tədris ilində “Ən yaxşı müəllim” müsaqibəsinin qalibi, gənclərin çağırışaqədərki hazırlıq fənn müəllimi Əsgər Manafovun rəhbərliyi ilə seminar çox maraqli oldu. Seminarda Əsgər müəllimin Bakı şəhərindəki 200 saylı məktəbdə keçdiyi açıq dərsin video görüntüsünə baxdıq. Fəal dərsin quruluşu ilə ənənəvi dərsin müqayisəsi aparıldı. Bir daha interaktiv üsulla dərsin mərhələləri izah olundu. İnteraktiv üsul müəllim tərəfindən idrakı problem–situasiyanın yaradılması şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil əldə edilməsi və mənimsəməsidir. Sonra, problem–situasiyanın həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyində həvəsləndirilməsi və sonunda şagirdlərin nəticəni müstəqil və birgə əldə etməsidir. İnteraktiv üsulda üstünlük odur ki, sinifdə əmakdaşlıq, tədqiqat, qiymətləndirmə, tətbiq, müzakirə, qruplarla iş, cütlərlə iş, bacarıqların inkişafi, yeni biliyin müstəqil əldə edilməsi olur ki, bu da ənənəvi üsuldan çox fərqlənir.
Seminarda qeyd olundu ki, informasiya-komunikasiya texnologiyalardan bacarıqla istifadə edərək biz öyrədənlər yaxşı öyrənməliyik ki, bir-birimizlə əməkdaşlıq etməliyik ki, öyrənənlər daha yaxşı bilik əldə etsinlər .
Məktəbimizin müəllimlərinin 65 faizinin gənc müəllimlər təşkil edir. Onların potensial imkanı çox böyükdür. Sadəcə olaraq onları istiqamətləndirmək, məsləhət vermək biz təcrübəli müəllimlərin borcudur.
Seminarın təşəbbüskarı olan məktəbin direktoru Qalib Bəşirov seminar-treninqin çox yüksək səviyyədə keçməsini qeyd edərək dedi: “Seminar çox əhəmiyyətli, faydalı idi. Məktəbdə belə seminarlar təşkil olunması çox yaxşı haldır.Gənc müəllimlər üçün bir örnəkdir”.
Seminarda mimioproqramdan istifadə etmə qaydaları və mimiodərslərin qurulmasının vacibliyi qeyd olundu. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun əmakdaşları tərəfindən hər fəndən hazırlanan nümünəvi dərslər İKT-dən istifadə edərək göstərildi.
Mahirə Babayeva,
N.Behdiyeva adına İsmayıllı kənd tam orta məktəbin coğrafiya müəllimiÖyrədənlər   öyrənirlər

Şərh Yaz