Psixo-pedaqoji regional konfrans 

     

 

İsmayıllı şəhərindəki Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbinin akt zalında                                                             “Psixo-pedaqoji-2024” adlı regional konfrans keçirilib.

Konfransda İsmayıllı və regiona daxil olan digər rayonlarda çalışan psixoloq, uşaq birliyi rəhbəri və ibtidai sinif müəllimləri iştirak ediblər.

Konfransın keçirilməsində əsas məqsəd təhsil müəssisələrində çalışan psixoloqların biliklərinin artırılması və maarifləndirilməsi olub.

Qeyd edək ki, konfrans İsmayıllı rayon Diyallı kənd tam orta məktəbinin psixoloq müəllimi Şərəbanu Abbasova tərəfindən təşkil edilib.

İsmayıllı xəbərləri

 

 

 

 

Şərh Yaz