Torpağı qoruyanlar ziyarət olunub

 

İsmayıllı bələdiyyəsinin üzvləri və qulluqçularının bir qrupu 19 mart 2024-cü il tarixdə – torpaq çərşənbəsinin qeyd olunduğu gündə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş İsmayıllı şəhidlərinin uyuduğu xiyabanı ziyarət ediblər.

Əsaslı təmirdən sonra yaradılan xatirə kompleksi, itkin düşənlərin adlarını əbədiləşdirən lövhə önündə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. Xiyabandakı məzarlarıüzərinə tər qərənfillər düzülüb, bütün şəhidlərin ruhuna dualar oxunub.

Ülkər Əsədova,

bələdiyyənin əməkdaşı

Şərh Yaz