Gülzirə Şaripova     

     

Xəyallarım

 

Deyirlər uçuran qanaddır xəyal,

Eh, alıb o səni hara uçurmaz?

Varmı elə insan xəyallarında,

Əsən küləkləri havada qucmaz.

 

Görürsən, məni də qucdu xəyallar,

Arzular tərəfə alıb apardı.

Doldurub şadlıqla geniş dünyamı,

Canlandı ətrafda hər nəsə vardı.

 

Gəzdim Amerkanı, Parisi, Rimi,

Heyrət lal elədi sanki dilimi.

Qucaq açdı mənə doğma Türkiyə,

Vətənçün darıxan gördüm qəlbimi.

 

Gördüm neçə-neçə yeni ünvanlar

Üzdə bir an  güldüm, ovunub baxdım.

Dayanıb  baxanda mavi dənizə,

Ey ana Vətənim, sənsiz darıxdım!

 

Belə döndərdimi xəyal yolları?

Bir anda qayıtdım Özbəkistana.

Qəribə bir şadlıq,  xoş bir hissiyat,

Başqa bir rahatlıq yayıldı cana.

 

Azərbaycansan

 

Səni görmək – rahatlıq cana

Yetib gəldim, fərəhnak ona.

Sən layiqsən şərəfə, şana.

Vətənimtək – azad diyarsan –

Azərbaycansan!

 

Qüruruntək məğrur dağların,

Gülə qərqdir talan, bağların.

Gördüm xoşbəxt, xoşhal çağların.

Vətənimtək – qəlbimdə varsan –

Azərbaycansan!

 

Gəzdim,ötdüm küçələrində,

Ay-ulduzlu gecələrində.

Mehrim qaldı neçələrində,

Vətənimtək – könlümə yarsan –

Azərbaycansan!

 

Şairində Vətən eşqi var,

Misrasında eşqin nəqşi var.

Neçə aşıq, neçə bəxşi var,

Ürəyində Xəzərə taysan –

Azərbaycansan!

 

Yollar hamar, binada görkəm,

Qızın – nazlı, oğlanlar- ötkəm.

Aşiqinəm, indi bilmişəm,

Dost yaninda dam ilqarsan –

Azərbaycansan!

 

Yad qəlbini edəmməz para,

Ona düşməm mərdlərin çara!

İlticamdır, rast olsa zora –

Düşməninə çarmıxsan, darsan –

Azərbaycansan!

Şərh Yaz