Nurxan Əlimirzəyeva   

Dostuma

 

Hönkürməkdə Daşkəndimin küçələri,

Çıraq tutsan, nurlanmazdı gecələri.

Birləşsə də dostlarımın neçələri,

Heç biri yerini tutammadı, dost!

 

Bilməm necə girib gəldin ürəyə,

Dərd alıb çevrildinn sevinc dirəyə.

Tək sən döndün hamısından gərəyə,

Heç biri gərəyim olammadı, dost!

 

Elmin ilə görkəm oldun kamala,

Nəzər saldım öz adıma, amala.

Dönsəm də mən ən yaxının, xəyala,

Səntək mehrin kimsə salammadı, dost.

 

Adın çəkəm, göz yaşımı  udammadım,

Sualım çox, cavabları tutammadım.

Dualarda yad etməkdən utanmadım,

Biri ürək kimi  dolammadı, dost!

 

Əzəldən məlumdur, dünya özü qəm,

Kiminə var yetməz, kiminə həmdəm.

Cənnətdə qoy bizi bir etsin Əcəm,

O da səntək könlü alammadı, dost!

 

***

Məkanlar dəyişər, mənzil dəyişər,

Dəyişər önümdə  yer rəngi  hər an.

Hətta buludlar da, göy də dəyişər,

Tək qəlbim dəyişməz, sən orda varsan.

 

Dəyişər ayların günü, gecəsi,

Yer şarı dolanıb şənliklər qurar.

Amma tək uçmaqdır qəlbin həvəsi,

Çünki onu sevən sənsən, əziz yar.

 

Şəhərlər, kəndlər də dəyişər bəlkə,

Getsəm, tanınmazdır tozlu küçələr.

Amma ürəyimdə bir ünvan var ki,

Dəyişməz – səninlə keçən gecələr.

 

İydə çiçəkləri, təzə, xoşətir,

Böyük ağaclartək vüqarlı hər an.

Sənlə rahat olan guşələr var ki,

Onlar da dəyişmək istəmir, inan.

 

O əsrə bərabər xoş anlar neçün,

Saxta ətir saçsa, deyil gərəyim.

Bir ömür bəxtəvər yaşamağımçün,

Heç zaman dəyişmə sən də, əzizim!

 

 

 

 

 

Şərh Yaz