Mövsümi işlər görülüb

 

 

Yazın gəlişi ilə bağlı görülən mövsümi işlərdən biri də, bağ-bağçaya qulluq, ağacların əkilməsi, yaşıllıqların təmizlənməsidir. Bundan əlavə, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və qarşıdan gələn Novruz bayramı ilə əlaqədar İsmayıllı Rayon Mərkəzi Xəstəxanası və tabeliyindəki İsmayıllı Ailə Sağlamlıq Mərkəzinin həyətyanı sahəsində 16 mart 2024-cü il tarixində ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və kollektiv üzvləri iştirak edib.

Aksiyanın iştirakçıları müəssisənin həyətyanı sahəsində təmizlik işləri aparıb, yeni ağac və qızılgül kolları əkib, eləcə də  yaşıllıqlara aqrotexniki qaydada qulluq göstəriblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz