İsmayıllılar qalib ölkənin inamlı, İlhamlı sabahına səs verdi   

   

7 fevral 2024-cü il tarixdə keçirilmiş Prezident seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 fevral tarixli plenumunda təsdiq edib.

89 saylı İsmayıllı seçki dairəsinin Dairə Seçki Komissiyası bu seçkilərə hələ seçkilərə start verilməmişdən qabaq ciddi hazırlıq işlərinə başlamışdı. Belə ki, əvvəlcədən mövcud 61 seçki məntəqəsində vacib təmir işləri həyata keçirilmişdi. Məntəqələrdə seçki komissiyalarının normal işləmələri üçün hər cür şərait yaradılmışdı. Məntəqələrin hər biri zəruri texniki avadanlıq, təbliğat-təşviqat, kargüzarlıq materialları, təlimatlar və digər tələb olunan vasitələrlə vaxtında təmin olunmuşdu.

İsmayıllı rayonundakı 89 saylı Dairə Seçki Komissiyasın ümumi seçki siyahılarında seçicilərin sayı 50964 nəfər, seçki günü səsvermə üçün bülleten almış seçicilərin sayı 39182 nəfər, aktivlik 78 faiz olub.

89 saylı DSK-da Prezident seçkilərində müşahidəçi kimi iştirak etmək üçün 982 nəfər qeydiyyata alınmışdı. Bunlardan 248 nəfəri 4 siyasi partiyadan, 434 nəfəri ümumilikdə namizədləri dəstəkləyən təşkilat və təşəbbüs qruplardan, 310 nəfəri isə öz təşəbbüsü ilə seçkiləri müşahidə edib.

Səsvermə günü 61 məntəqənin heç birində qanun pozuntusu qeydə alınmayıb, DSK-ya heç bir narazılıq və şikayət daxil olmayıb. Nəticədə, prezidentliyə namizədliyini irəli sürmüş 7 nəfərdən İlham Heydər oğlu Əliyev səsvermədə iştirak edən 36368 seçicinin səsini qazanaraq 92,82 faiz səslə qalib gəldi.

Sonrakı yerləri Həsənquliyev Qüdrət Müzəffər oğlu 739 səs, 1,89 faizlə, Oruc Zahid Məhərrəm oğlu  679 səs, 1, 73  faizlə, Mustafa Fazil Qəzənfər oğlu 651 səs, 1,66 faizlə,  Nurullayev Razi Qulaməli oğlu 286 səs,  0,73 faizlə, Mustafayev Elşad Nəbi oğlu  215 səs, 0,55  faizlə, Əliyev Fuad Ağasi oğlu 185 səs,  0,47 faizlə tutmuşdur.

7 fevral Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində 89 saylı İsmayıllı Dairə Seçki Komissiyası üzrə 50964 nəfər seçici qeydə alınıb.  Seçici aktivliyi 76,9 faiz olmuşdur ki, bu da 39182 nəfər seçicinin bülleten alması deməkdir. Seçkiləri tam şəffaf, demokratik, qanuna uyğun keçirdikləri üçün İsmayıllı seçicilərinə və məntəqə seçki komissiyalarının üzvlərinə təşəkkür edirik.

Fürsətdən istifadə edərək İsmayıllı seçiciləri adından yenidən Prezident seçilmiş cənab İlham Heydər oğlu Əliyevi ürəkdən təbrik edir, ona böyük uğurlar arzulayırıq!

Əlirəmzi Məhərrəmov,

89 saylı İsmayıllı DSK-nın sədri

 

Şərh Yaz