21 Fevral – Beynəlxalq Ana Dili Günüdür    

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov əlamətdar gün münasibəti ilə sosial şəbəkədə paylaşım edib. Paylaşımda deyilir:

 

“Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır”.

Şərh Yaz