Çalışmalarımız nəticəsiz qalmayacaq

     

İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbində Pedaqoji Şura iclası keçirilib.

Pedaqoji Şurada məktəb rəhbərliyi, müəllimlər, psixoloq Şəhrəbanu Abbasova , Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis mayoru Rahim Orucov və valideynlər iştirak ediblər.

Qeyd edək ki, Pedaqoji Şuraların keçirilməsinin əsas məqsədi şagirdlərin təhlükəsizliyi ilə əlaqəli tədbirləri artırmaq, onların pis vərdişlərdən uzaq olması üçün müxtəlif maarifləndirmə işlərinin həyata keçirtmək, məktəblərdə psixoloji xidməti gücləndirmək, şagird davranış qaydalarının tətbiqini genişləndirmək, məktəblərdə sağlam mühitin yaradılmasına, həmçinin müəllim-valideyn və cəmiyyətin təhsil prosesində birgə iştirakına nail olmaqdan ibarət olub.  Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ümidvarıq ki, çalışmalarımız nəticəsiz qalmayacaq.

B.Abdullayeva,

məktəbin müəllimi

Şərh Yaz