Unudulmaz xatirəsi həmişə bizimlədir   

18 fevral 2024-cü il tarixində ictimayət nümayəndələri Talıstan kənd sakinləri ilə bir araya gələrək Qarabağ müharibəsi şəhidi Ramiz Məhəmməd oğlu Salmanovun kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər. Ramiz yaşasaydı, bu tarixdə 50 yaşını qeyd edəcəkdi. O, ali təhsilini yarıda qoyub könüllü olaraq döyüşən orduya yazılır.

1993-cü ildə Qubadlıda gedən şiddətli döyüşlərə qatılır.  Torpaqlarımızın düşməndən azad edilməsində böyük sücaət və qəhrəmanlıqlar göstərir. Xidmət etdiyi dövrdə düşmənə məxsus  xeyli canlı qüvvə və texnikanı məhv etməyi bacarır. Qızğın döyüşlərin birində, 28 avqust 1993-cü il tarixdə şəhidlik zirvəsinə qovuşur. Yubiley yaşında aramızda olmasa da, əbədi, unudulmaz xatirəsi həmişə bizimlədir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Salman Mehdiyev

Şərh Yaz