Yeniilqabağı ümumrayon tədbiri

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin əməkdaşları, idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və  il boyu keçirilmiş müxtəlif müsabiqə qalibləri iştirak edib.

Tədbir iştirakçıları başa çatmaqda olan “Heydər Əliyev İli”ndə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

RİH başçısı Nahid Bağırov çıxış edərək tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib. Qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində 2023-cü il Azərbaycan xalqı üçün qələbə ili kimi başa çatıb.

Sonra bir qrup işgüzar ictimaiyyət nümayəndəsi, müsabiqə qalibləri “2023-cü il – Heydər Əliyev İli” çərçivəsində keçirilən ümumrayon tədbirlərinin təşkilində, keçirilməsində göstərdiyi köməyə və yaxından iştiraka, həmçinin il ərzində səmərli fəaliyyətinə görə RİH başçısının Təşəkkürnaməsi ilə mükafatlandırılıb. Tədbir musiqi proqramı ilə davam edib.

Şərh Yaz