Unutmarıq və unutdurmarıq      

 

İsmayıllı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin tədbirlər planına uyğun olaraq 18-19 yanvar 2024-cü il tarixində “20 Yanvar faciəsinin otuz dördüncü il dönümü”nə həsr edilmiş UGİŞM-nin şahmat üzrə şagirdlərimizdən bir qrupunun yarışına start verilib.

Yarış öncəsi İsmayıllı şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub.  Canlarını Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda fəda edən şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub.

Yarışın açılışı zamanı 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışın qaydaları açıqlanıb, iştirakçılara uğurlar arzulanıb.

Allah şəhidlərə rəhmət eləsin. Onları unutmarıq və unutdurmarıq.

Tural Haşımov

Şərh Yaz