Onlar heç zaman unudulmayacaq    

19 yanvar 2024-cü il tarixində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin rolu” adlı tədbir keçirilib.

Tədbir Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən İsmayıllı Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov açıb. Çıxışlarda F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktoru  Bəhruz Haşımov, Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev 20 Yanvar  hadisələrindən və bu hadisələrin ictimaiyyətə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs ediblər.

20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Şəhidlərin əziz xatirələrinin hər zaman hörmət və ehtiramla anılacağı, onların heç zaman unudulmayacağı bildirilib.

Aytac Əliyeva

Şərh Yaz