Torpaq – uğrunda ölən varsa, Vətəndir…    

      

 

Yanvar ayının 19-da İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri xalqımızın qəhrəmanlıq səhifələrindən biri – 20 Yanvar 1990-cı il şəhidlərinin əziz xatirəsinə həsr edilmiş esse müsabiqəsində iştirak etdilər.

Müsabiqəyə başlamazdan əvvəl torpaqlarımızın bütövlüyü və azadlığı yolunda canlarını qurban vermiş minlərlə qəhrəman övladımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra üstündən 34 il  keçməsinə baxmayaraq, 20 Yanvar gecəsində Bakı şəhərinin dinc, əliyalın sakinlərinə qarşı vəhşicəsinə həyata keçirilən amansızlıqlardan söz açılıb. İstər 20 Yanvar, istərsə də ondan sonra şəhidlik zirvəsinə ucalan qəhrəman oğul və qızlarımızın heç zaman unudulmayacağı vurğulanıb. Qeyd olunub ki, sevilməyən, qorunmayan torpaq Vətən ola bilmir. “Torpaq – uğrunda ölən varsa, Vətəndir!”

Esse müsabiqəsinin keçirilməsində məqsəd də məhz o acı tarixdən qaynaqlanan  məlumatların gələcək nəsillərin yaddaşına köçürmək istəyini gerçəkləşdirib.

İsmayıllı xəbərləri”

 

 

 

 

Şərh Yaz