İvanovkada Milad bayramı qeyd edilib

Pravoslav xristianlar yanvarın 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu – Milad bayramını qeyd edirlər. “Molokan-ruhani-xristian” dini icmasına məxsus ibadət evində əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra dini heyət Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib. Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunub.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

 

 

Şərh Yaz