Ümummilli Lider ehtiramla anılıb 

 

20-ci dəfədir ki, xalqımız dekabr ayının 12-ni bizi ümummilli liderimiz Heydər Əliyevdən ayıran gün, bu dahi şəxsiyyətin əbədiyyətə qovuşduğu gün – anım günü kimi ehtiramla qeyd edir.

İsmayıllı rayonunda keçirilən anım günündə rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyəti, idarə, müəssisə, təşkilatlar, ictimaiyyət nümayəndələri, şəhid ailələri, məktəblərin müəllim və şagird kollektivləri ümummilli lider Heydər Əliyevin abidəsini dərin ehtiram hissi ilə ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Daha sonra ziyarət iştirakçıları rayondakı Heydər Əliyev Mərkəzində Ulu öndərə həsr edilmiş sərgiyə və sənədli filmə baxış keçiriblər.

Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır!

 

YENİ İLİNİZ MÜBARƏK!

 

 

 

Şərh Yaz