Ürək açan tədbir     

           

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və “Mirvari Dilbazi Poeziya Məclisi” ictimai birliyinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində kəlağayılarından ibarət sərgi təşkil olunub.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı” ev muzeyinin direktoru Güllü Eldar Tomarlı və digər iştirakçılar çıxış edərək sərginin mahiyyətindən və vacibliyindən

danışıblar.

Konsert proqramı ilə yekunlaşan tədbir iştirakçılara xoş ovqat bəxş edib.

Təranə Məmmədova

Şərh Yaz