Azərbaycan xalqı milli dəyərlərə sadiqlik nümayiş etdirməkdədir

 

Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Azərbaycan xalqı özünün çoxəsirlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaratmışdır. Onun fəaliyyətinin ən yüksək inkişaf etmiş sahələrindən biri də dekorativ-tətbiqi incəsənətdir. Azərbaycan bədii tikmələrinin texnika və kompozisiyası öz kökləri ilə uzaq keçmişlərə gedib çıxır və xalqın mədəniyyətinin varsiliyini sübut edir. Bədii tikmələr əsrlər boyu qız-gəlinlərin sevimli məşğuliyyəti olmuşdur. Ulularımızdan miras qalan bu sənəti yaşatmalıyıq ki, itib batmasın, başqaları ona sahib çımasın. Bu səbəbdən vətənimizdə yaşayan azsaylı xalqların övladlarına da bu sənət növünü öyrətməliyik.

İsmayıllı rayonu Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin kimya və biologiya müəllimi Günay Abuzər qızı Əmrahovanın Təhsildə İnkisaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olmuş “İlmələrin işığında” bədii tikmə sənətinin azsaylı xalqlar arasında təbliği layihəsinin də məqsədi milli sərvətimiz olan tikmə sənətini azsaylı xalqlar (ruslar və ləzgilər) arasında yaymaqdır. Həmçinin  layihənin əsas vəzifələri sırasında qızların maraqlarına, bacarıqlarına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə seçiminə yönəltmək, karyera planlaşdırılmasında sərbəst seçim imkanı vermək, peşə təhsili ilə bağlı ilkin bilik və bacarıqları formalaşdırmaq, həm də azsaylı xalqlara milli irsimizi tanıtmaq var. Layihə davam edir və qızlar sevərəkdən bu sənətin gözəlliklərinə yiyələnirlər.

Şərh Yaz