İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovdan təbrik 

 

Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü Azərbaycan tarixinin qüdrətli, müstəqilliyinin güclü, dövlətçiliyinin möhtəşəm quruculuq mərhələsinə təsadüf edir. Əldə olunan naliyyətlərdə bir imza var. Bu imzanın müəllifi Prezident cənab İlham Əliyev özüdür. Onun siyasi lider kimi atdığı addımlar, həyata keçirdiyi işlər Azərbaycanın inkişafına, xalqımızın firavanlığına köklənib.

Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu.

Cənab Prezidentə Azərbaycanın inkişafı naminə atdığı addımlarda müvəffəqiyyətlər arzu edirik!

 

Şərh Yaz