Şəhidlər ölməz və unudulmazdırlar   

         

Ramil Yusifov və Vüsal Dəmirov İsmayıllıda dünyaya göz açıb 44 günlük Vətən Müharibəsində iştirak etmiş, şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızdandırlar.

Oktyabr ayının 5-də İsmayıllı rayonunda böyüyüb boya-başa çatmış, Vətən müharibəsi şəhidləri, baş gizir Ramil Yusifovun və  çavuş Vüsal  Dəmirovun anadan olduğu gün anım günü kimi qeyd olunub. Əvvəlcə Vüsal Dəmirovun uyuduğu İsmayıllı Şəhidlər xiyabanı ziyarət olunub.

Ziyarətetmə tədbirində rayonun bir sıra idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələri, şəhidlərin yaxınları iştirak edib, şəhidlərin ruhuna dualar oxunub, doğmalarına, yaxınlarına başsağlığı verilib. Çıxış edənlər şəhidlərin ölməzliyindən, unudulmazlıqlarından, eləcə də göstərdikləri şücaət və qəhrəmanlıqlarından danışıblar.

Şərh Yaz