Kədərli olduğu qədər qürurvericidir  

 

       

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Aqil Mehman oğlu Mirzəliyevin doğum günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələləri, həmçinin İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim kollektivi  iştirak edib.

Çıxışlardan öncə unudulmaz şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər müharibə fəsadlarından, Silahlı Qüvvələrimizin qüdrətindən, Ali Baş Komandanın qətiyyətindən, düzgün istiqamətdə yürütdüyü daxili və xarici siyasətdən, iqtisadiyyatımızın gündən-günə yüksəldilməsindən və işğaldan azad olunmuş torpaqlarda aparılan misilsiz quruculuq işlərindən danışıblar.

Çıxış edənlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasına, xalqın Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməsinə xüsusi önəm veriblər.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin sırasında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin məzunlarının da olması kədərli olduğu qədər də qürurvericidir.

Bütün şəhidlərimizə Allah rəhmət eləsin!

Mətanət Ağayeva,

kollecin müəllimi      

Şərh Yaz