Mingəçevirdə şəhidin anım günü qeyd olunub  

         

2022-ci ilin 12–14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalan Tərlan Rzayevin anım günü Mingəçevir şəhər Şəhidlər xiyabanında qeyd olunub.

Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, şəhid ailələri iştirak ediblər.

Öncə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidlərin valideynlərinə, yaxınlarına başsağlığı verib, şəhidlərin göstərdikləri qəhrəmanlıqlardan söz açıblar.

Məlumat üçün bildiririk ki, şəhid Tərlan Rzayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şərh Yaz