Hər görüşdə neçə-neçə razılıq var  

                     

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü rayonun Pirəbilqasım kəndində keçirib.

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam etdirilir.

Avqust ayının 17-də  rayonun Pirəbilqasım kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb, narahatlıq doğuran məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib.

Rayonun bir sıra müəssisə və idarə rəhbərlərinin iştirakı ilə keçirilən bu görüş fərqliliyi ilə seçilib. Belə ki, RİH başçısı N.Bağırov ümumi qəbuldan sonra kəndin ağsaqqalı, Azərbaycanın elm sahəsində öz sözünü demiş, filologiya üzrə fəlsəfə doktoru, neçə-neçə elmi, publisistik, eləcə də şeir kitabının müəllifi olan şair Ağasən Bədəlzadəni ziyarət edib, onun səhhəti və qayğıları ilə maraqlanıb.

Şairin oğlu Səbuhi Bədəlzadə göstərilən diqqətə sosial şəbəkə vasitəsi ilə dərhal rayon rəhbərindən razılığını ifadə edib:

– Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid müəllim atamı ziyarət edib. Belə qayğıkeş, mənəviyyatca zəngin, məsuliyyətli icra başçımız olduğu üçün çox xoşbəxtik. Rayonun ziyalı, ahıl  şəxslərinə göstərdiyi diqqətə görə Nahid müəllimə minnətdarlığımı bildirirəm.

İsmayıllı xəbərləri”

Foto: Kərim Boyaqçızadənindir

Şərh Yaz