İctimai dinləmə keçirilib

                      

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən İsmayıllı rayonunda ictimai dinləmə keçirilib.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin direktor müavini Emil İsmayılovun iştirak etdiyi tədbirdə məşğulluq imkanlarının artırılmasında önəmli rola malik olan ödənişli ictimai işlər – “İşsizin dostu” proqramı barədə yerli sakinlərə məlumatlar verilib.

Proqramın fəaliyyət sahələri, bu işlərə cəlb olunma, müraciət qaydaları, DOST İş Mərkəzinin layihələri və s. barədə də məlumatlandırma aparılıb, rəy və təkliflər dinlənilib, suallar cavablandırılıb.

Şərh Yaz