Şəhid ailələri üçün növbəti tədbir

       

13 avqust 2023-cü il tarixində İsmayıllı rayonu Heydər Əliyev adına Parkda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çağırışına qoşularaq, Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Erkan Özoralın təşəbbüsü və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri ictimai birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfıratın dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Plaforması çərçivəsində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhid ailələri üçün növbəti tədbir təşkil olunub.

Tədbirdə TÜİB-in üzvləri Saleh Tüfəkçi, Ege Soysal, Buse Karalı, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələrilə İş üzrə Şöbəsinin müdiri Zümrüd Səmədova, RİH başçısının müavini Sevil Əhmədova, Bakıdan dəvət olunmuş şəhid ailələri, həmçinin İsmayıllı şəhid ailələri, qazilər, şəhid övladları və ictimaiyyət nümayəndələri iştirak edib.

“Tək Millət, Tək Ürək” şuarı ilə TÜİB-nin üzvləri, Müdafiə Nazirliyinin, RİH-nin əməkdaşları, şəhid ailələri, qazilər, Bakıdan dəvət olunmuş şəhid ailələri, incəsənt xadimləri İsmayıllıdakı Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarı üzərinə gül dəstələri düzüblər.

Heydər Əliyev adına Parkda baş tutan tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən TÜİB-in üzvü Saleh Tüfəkçi Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətindən danışaraq təşkilat barədə tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, TÜİB “Tək Millət, Tək Ürək” Beynəlxalq Platforması çərçivəsində şanlı Zəfərimizin elan edilməsindən bugünə kimi 2300 şəhid və qazi ailəsi ilə təmas qurmuş, bu və ya başqa formada öz qardaşlıq, vətəndaşlıq borcunu yerinə yetirməyə çalışmışdır. Natiq həmçinin bildirib ki, TÜİB-in Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birgə hazırladığı “Qardaş ailə” layihəsi çərçivəsində artıq 5 şəhid ailəsi Türkiyənin Sivas, Şanlıurfa, Bursa, Balıkesir və Isparta şəhərinə səfər etmiş, dövlət qurumları tərəfindən böyük ehtiramla qəbul edilmiş və Türkiyədəki bir şəhid ailəsi ilə qardaşlaşmışdır. Layihə bu gün də davam etdirilir.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələrilə İş üzrə Şöbəsinin müdiri Zümrüd Səmədova Azərbaycanda şəhid ailələri üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən, bu tədbirlərdə qardaş Türkiyənin dəstəyinin olmasının önəmindən danışıb.

RİH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov tədbir iştirakçılarını və qonaqları salamlayaraq növbəti tədbirin məhz İsmayıllıdan olan şəhid ailələri üçün təşkil olunduğuna görə bütün təşkilatçılara öz minnətdarlığını bildirib.

Tədbir respublikanın tanınmış incəsənt təmsilçilərinin ifasında konsert proqramı ilə davam etdirilib. Tədbirdə həmçinin şəhid övladları üçün sehrbazlıq, gözbağlayıcı səhnələr və İsmayıllı Mədəniyyət Mərkəzinin hazırladığı kukla teatrı tamaşası nümayiş olunub.

Şərh Yaz