Ərazi turizm baxımından əhəmiyyətli imkanlara malikdir    

Müdrisə İsmayıllı rayonunun ucqar dağ kəndlərindən biridir. Bir vaxtlar burada əhali  maldarlıq, əkinçilik, bağ-bostan işləri ilə məşğul olublar. Yolsuzluq, xüsusilə yağmurlu havalarda gediş-gəlişin çətinləşməsi, kənd sakinlərinin rayon mərkəzinə, digər yaşayış məntəqələrinə köç etməsini reallaşdırıb.

Yer-yurd sevgisi, torpağa, zəhmətə bağlılıq burada yaşayanların bir qismini isə bu fikirdən çəkindirib.

Rayonun irili-xırdalı bütün kəndlərinə səfər edən, əhali ilə görüşən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Müdrisə kəndinin sakinləri ilə görüşüb.

Səmimi söhbət zamanı başçı ölkədə, xüsusilə də rayonda həyata keçirilən yeniliklərdən söz açıb. Kənd sakinlərinin güzaranı ilə maraqlanıb. Ərazinin turizm baxımından əhəmiyyətli imkanlara malik olmasını

vurğulayıb.

Sakinlər görülən işlərə görə ölkə rəhbərinə, cənab İlham Əliyevə minnətdarlıq ediblər. Onun yürütdüyü siyasəti ürəkdən bəyəndiklərini bildiriblər.

Görüşdə vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Bir sıra məsələnin həlli üçün müvafiq tapşırıqlar verilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz