Yeni nəşrlər: O, həqiqətən əbədi nurdur

2023-cü ilin Prezident Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunması İsmayıllı ədəbi mühitinin yaradıcılarını da bu tarixi məqama diqqətlə yanaşmağa sövq etmişdir. Belə ki, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin və “Dağ çiçəkləri” ədəbi məclisinin üzvü, şairə Gülxar Cəbiqızının  Ulu öndərə həsr etdiyi şeirlər “Əbədi nur” adlandırdığı kitabda çapdan çıxmışdır.

İlk kitabını iki hissəyə ayıran müəllif birinci hissədə ümummilli lider Heydər Əliyevin ucalığını, ölməzliyini, əbədiliyini əks etdirən qələm nümunələrini daxil edib. Qələmə aldığı şeirlərdə bu dahi şəxsiyyətə olan böyük sevgisini özünəməxsus şəkildə nümayiş etdirib.

Bir sönməz ocaq qurdu,

Vətəndə Heydər baba.

Vətənə arxa durdu,

Dar gündə Heydər baba…

İkinci hissədə isə, Ulu öndərin ideyalarına sadiq qalan, göstərdiyi yolla uğurla addımlayan, Prezident , Ali Baş Komandan İlham Əliyevə, Vətənə, bir yumruq kimi birləşən xalqa həsr edilmiş şeirlər cəmlənib.

Cəsur ol, Vətən oğlu,

Qazan el hörmətini.

Çatdır bütün dünyaya

Vətənin şöhrətini.

Müəllif kitabda verdiyi  açıqlamada qeyd edir:

-Bizi Tanrı sevdi, onun üçün də Səni xalqımıza bəxş etdi. Xalqın da Səni sevdi, Sənə böyük inam və

məhəbbət bəslədi. Bu sevgi əbədidir. Çünki Sən hər bir Azərbaycan vətəndaşının fəxri, qüruru və milli iftixarısan!

Şahməmməd Soltanov,

İsmayıllı Yazarlarıədəbi-ictimai birliyinin sədri

 

 

Şərh Yaz