Yol olsa, hər şey yaxşıdır

               

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində rayon rəhbərliyinin iştirakı ilə vətəndaşların səyyar qəbullarının keçirilməsi davam edir.

İsmayıllı rayonunun füsunkar təbiətinin bir parçası olan Yuxarı Cülyan kəndinə səfər edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov  sakinlərin yaşayış tərzi, məşğuliyyəti və problemləri ilə maraqlanıb.

Sakinlər ümumilikdə hər şeydən razı olduqlarını bildiriblər. Bununla belə kəndi ətraf aləmlə əlaqələndirən yoldan, xüsusilə yolun payız, qış aylarındakı vəziyyətinin dözülməzliyindən söz açıblar.

Ərazinin turizm üçün əhəmiyyətli olması diqqətçəkən məsələdir. Yolsuzluq isə bu məsələni arxa plana ötürür.

Şərh Yaz