“Media və din” adlı üçgünlük seminar İsmayıllıda keçirilib    

     

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda bir sıra mətbuat nümayəndələri üçün “Media və din” adlı üçgünlük seminarı keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun Himayəçilik Şurasının üzvü, “SƏS” Media qrupunun rəhbəri Bəhruz Quliyevin məruzələri dinlənilib. Daha sonra Fondun beşillik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Xatırladaq ki, tədbir çərçivəsində iştirakçılar üçün keçirilən seminarda, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, ədəbi tənqidçi, yazar Əsəd Cahangirin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist Yadigar Məmmədlinin məruzələri dinlənilib, mətbuat nümayəndələrinin iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. Bundan başqa, İsmayıllı rayonunda yerləşən bir sıra məkanlara, o cümlədən Lahıc qəsəbəsinə və İvanovka kəndinə ekskursiya təşkil olunub.

İsmayıllı xəbərləri”

Şərh Yaz