Tərəqqi yolunun başlanğıcı  

İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan

Regional Təhsil İdarəsinin İsmayıllı Təhsil Sektorunun

birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Tərəqqi

yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan

dövlətinin təməlinin qoyulduğu gün” adlı tədbir

keçirilib.

N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində keçirilən tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və təhsil işçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Sevil Əhmədova Ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlandığını, bu tarixin Azərbaycanın xilasının birinci mərhələsi və xalqın özünə qayıdış olduğunu qeyd edib.

Tədbirdə çıxış edənlər 1969-cu ilin 14 iyul tarixindən etibarən Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin, oyanmasının, soykökə qayıdışın başlanğıc dövrü olduğunu, onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslandığını, Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırdığını qeyd ediblər. Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, azərbaycançılıq ideyasının təbliği istiqamətində atdığı cəsarətli addımlar, həyata keçirdiyi tədbirlər hər bir Azərbaycan vətəndaşında belə bir inam yaradırdı ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq, müstəqil olacaq. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf, milli kadrlar, ziyalı nəsillər, hüquqi baza yetişdirilməlidir. Ulu öndər hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratmağa nail olmuşdu.

Tədbirin sonunda Ulu öndərin siyasi hakimiyyəti dövründə Azərbaycanın inkişaf yoluna həsr edilmiş film nümayiş olunub.

İ.Əhmədli

Şərh Yaz