İlk  onluqda olan məktəb    

       

İsmayıllı şəhər 2 nömrəli tam orta məktəb 2022-2023-cü tədris ili üzrə Respublika Fənn Olimpiadasında qalib şagird sayına görə respublika üzrə məktəblər sırasında ilk onluqda yer alıb.

Məktəbin 2023-cü ildə 4 nəfər (2 qızıl, 1 gümüş, 1 bürünc), 2022-ci ildə 2 nəfər (2 gümüş), 2021-ci ildə 2 nəfər (1 bürünc, 1 fənn müsabiqəsi-bürünc), 2020-ci ildə 2 nəfər (1 gümüş, 1 bürünc), 2016-cı ildə isə 1 nəfər şagirdi (1 qızıl) respublika fənn olimpiadalarında medal qazanmışdır.

Bunlardan əlavə İsmayıllı şəhər 2 nömrəli məktəbin şagirdləri bir çox respublika və beynəlxalq dərəcəli idman yarışlarında, eləcədə bir çox müsabiqələrdə mütamadi olaraq yüksək nəticələr göstəriblər. Həmçinin məktəb 2023-cü “eTwinning Plus” layihəsi çərçivəsində beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb.

Bu yüksək uğurlara görə İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin rəhbərliyini və kollektivini təbrik edərək, onlara uğurlar arzulayırıq.

Şərh Yaz