Ulu öndərə ehtiram əbədidir     

                   

19 iyun 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin Dağlıq Şirvan İqtisadi Zonası üzrə fəal gənclərlə görüş keçirilib.

İlk öncə ehtiram əlaməti olaraq ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Görüşdə YAP Mərkəzi Aparatının məsul əməkdaşı Araz Salmanov, YAP Veteranlar Şurasının üzvü, Dünya Türk Ağsaqqallar Birliyini sədri Südeyif İmamverdiyev, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Tahir Rzayev, eləcə də Dağlıq Şirvan İqtisadi Zonası üzrə İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarının fəal gəncləri iştirak ediblər.

Şərh Yaz